Füzuli icra başçısının nağıl kimi inkişaf HESABATI
10-02-2016, 16:44
Ərazi vahidi olaraq 1827-ci ildə yaradılan Füzuli rayonun ilk adı Qarabulaq olub. 1930-cü ilə Qaryaqin olaraq rəsmi ərazi vahidinə çevrilib. 1959-cu ildə isə Məhəmməd Füzulinin 400 illik yubiləyei ərəfəsində Füzuli inzibati rayonu yaradılıb.
45 ərazi inzibati vahidi, 2 şəhər, 16 qəsəbə və 82 kəndi olan rayon, 23 avqust 1993-cü ildə ermənilərin işğalına məruz qaloıb. Hazırda ermənilərin işğalından azad edilən 1 şəhər, 16 qəsəbə və 21 kənd vardır.
Füzuli rayonu şərabçılıq taxılçılıq və pambıqçılıq rayonu kimi tanınır. Rayonun işğaldan azad ediləmsindən sonra dövlət tərəfindən yüksək məbləğli dotasiyalar ayrılıb. Rayon dövlət büdcəsindən ən çox dotasiya alan rayonlardandır. Baxmayaraq ki, ərazisinin böyük bir hissəsi işğal altındadır. Yalnız Horadiz qəsəbəsində gözədəyən inkişaf müşahidə edilir.
Dünən füzulinin icra başçısı Alı Alıyev 2016-cı il üçün qarşıda duran vəzifələr adı altında toplantı keçirib. Toplantı barədə press-relizlər yayan media qurumları da İH-dən göndərilən mətni olduğu kimi təqdim ediblər. Həmin mətndə icra başçısı mövcud sosial-iqtisadi vəziyyət və çıxış yolları barədə danışmaqdansa, çıxışının 80 faizini ümumi sözlərlə əzbərçilik olaraq ifadə edib. Təqdim edilən fotolardan da görünür ki, Alı Alıyev çıxışına əvvəlcədən hazırlaşıb. Lakin onun hazırlaşdığı və vərəqdən oxuduğu çıxışında konkret olaraq heç bir fakt yoxdur. Başçı son parlament seçkilərindən danışır.
Ölkəmizdə keçirilmiş I Avropa Oyunları ərəfəsində məşəl törənlərinin Füzuli rayonunda keçirilməsindən bəhs edib. Daha sonra isə Alı Alıyev rayonda bir sıra sahələrdə əldə edilmiş (?) uğurlardan bəhs edir. Həm də nöqsanların aradan qaldırılması ilə bağlı olaraq göstərişlərini verib.
Lakin burada hansı uğurlardan, nöqsanlardan bəhs ediliyi bəlli deyil. Yayılmış press relizin ilk sətirlərində qeyd olunur ki, yığıncaqda KİV təmsilçiləri də iştirak ediblər. Lakin gundeminfo.az-ın apardığı monitorinq nəticəsində bəlli olur ki, bu toplantıda bir nəfər də olsun KİV nümayəndəsi olmayıb. Elə tədbirlə bağlı hazır press -relizlər də məhz İH-nin ictimayyətlə əlaqələr şöbəsində hazırlanıb.
Nədənsə bu məlumatda son illər Füzuli rayonunda taxılçılıqla bağlı geriləmə, bu rayonda məhz kənd təsərrüfatı sektoru ilə bağlı ciddi yeyinti faktlarından bəhs edilmir. Fermerlərin əzilməsi, onların yerli məmurlar tərəfindən icdilməsinə dair faktlar,o cümlədən də rayonda taxıl tədarükü ilə bağlı olaraq geriləyən statistikadan danışılmır.
İndi isə diqqətinizə bu rayonda yaşayan fermerlərin başına gələn problemləri ilə bağlı olaraq faktları təqdim edirik:
Fermerlər «Aqrolizinq»in Horadiz filialı rəhbərinin dövlət vəsaitini taladığını iddia edirlər
Füzuli rayonunda yaşayan fermerlər “Aqrolizinq” ASC-nin Horadiz filalında baş verən özbaşınalıqla bağlı ölkə başçısı Ilham Əliyevə müraciət ediblər. Müraciətin bir nüsxəsini də mətbuata göndərən fermerlər iddia edirlər ki, dövlət büdcəsindən “Aqrolizinq” ASC-nin Horadiz filalına 2008-ci ildə 48 ədəd traktor, 36 ədəd taxılyığan kombayn və 120-dən artıq kənd təsərrüfatı maşınları verilib:
Bu texnikalardan hər il geniş şəkildə istifadə edilib və texnikanın gördüyü işdən əldə olunan gəlirlərdən çox cüzi, yəni bir traktorun gördüyü işin 10 faizi həcmində pul vəsaiti dövlətə ödənilib. Əldə olunan pul vəsaiti (gübrələrin satışı istina olmaqla) rayon bankına yox, baş idarəyə təhvil verilir. Bu olay mənimsəmə üçün əlverişli şəraitdir. Horadiz ”Aqrolizinq” idarəsinin ən çox gəlir gətirdiyi il 2013-cü il olub. Dövlətə əvvəlki illərə nisbətən bu il çox pul keçirilib. Bu təşkilata 2008-ci ildən 2012-ci ilin may ayına kimi Hüseyn Abbasov rəhbərlik edib və o, rayon icra başçısının aqrar məsələləri üzrə müavini təyin edildikdən sonra Horadiz “Aqrolizinq”inə yaxın adamı Fəttah Heydərovu təyin etdirsə də, yenə ora rəhbərlik edir. Hamıya bildirir ki, bu idarə onun özəl təşkilatıdır.
Ötən il, statistikaya görə, rayonda 39600 hektar dənli taxıl sahəsi biçilib. Hər bir hektar biçinin dövlət qiyməti 27 manat olmasına baxmayaraq onlar bu işi 30 manatdan yerinə yetiriblər. Biçilən sahənin 70 faizini Horadiz “Aqrolizinq”i yerinə yetirib. Bu da 39600 hektar sahənin 27720 hektarını təşkil etməklə 831 min 600 manat gəlir gətirib. Respublika “Aqrolizinq” ASC-nin Horadiz filalına qoyduğu plan isə 6000 hektar sahənin biçilməsi idi. Dövlətə 180 min manat pul ödənilib. Bu vəsaitin də bir hissəsi mexanizatorlara rəsmiləşdirilmədən əmək haqqı və təmir xərcləri ayrılacaqdır. Qalan 21 min 720 hektar üçün toplanan 651 min 600 manat vəsait “Aqrolizinq” ASC-nin rəhbəri Əli Bayramov və Hüseyn Abbasov mənimsəyiblər. Direktor Fəttah Heydərovun qazancı isə 800 hektar taxıl sahəsinin heç bir ödəniş olmadan əkilməsi və biçdirilməsidir. Bu idarəni maliyyə nazirliyi və korrupsiya idarəsi yoxlasa hər şey üzə çıxar”.
Fermerlər statistik məlumatları da müraciətlərində diqqətə çatdırırlar: “Horadiz ”Aqrolizinq”i 2008-ci ildə 1500, 2009-cu ildə 2300, 2010-cu ildə 3200, 2011-ci ildə 4300, 2012-ci ildə 5200 və 2013-cü ildə isə 6700 hektar sahədə dənli-taxıl bitkisinin əkini və biçini üçün dövlətə pul vəsaitini ödəyib. Halbuki rayon Statistika idarəsinin məlumatına görə, rayonda 2008-ci ildə 37600, 2009-cu ildə 43920, 2010-cu ildə 36650, 2011-ci ildə 37540, 2012-ci ildə 38900 və 2013-cü ildə 39600 hektar sahədə dənli-taxıl bitkisi əkilib və biçilib. Bununla bərabər rayonda hər il 6500 hektara yaxın ərazidə yonca bitkisi əkilib biçilir. Bütün bu işlərin 70%-dən çoxunu Horadiz filialı yerinə yetirir. Bu təşkilata dövlət büdcəsindən verilən mineral gübrələr qışlaqlarında fəaliyyət göstərən fermerlərə yazılmaqla kənar şəxslərə satılır. Respublikaya mineral gübrələrin gətirilməsinə dair lisenziya almış hüquqi və fiziki şəxslərə satılır”.
TEREF.İNFO