Ərəstun Məcidov qocalıb..
11-02-2016, 04:45
Lakin, Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi bu təbii çağırışları sanki görməzliyə vurur, kabinet ovqatı ilə vidalaşmağa heç də tələsmir... Qocalıq təbii proses olaraq hər bir insanın keçməli olduğu bir həyat mərhələsidir. Cəmiyyətdə uzun illər hansısa bir vəzifə postunda yorulmadan fəaliyyət göstərmiş insan bu mərhələnin ilkin əlamətləri ilə üzləşdikdə ruhdan düşməməli, özündə mənəvi güc və iradə taparaq layiq olduğu dincliyini çıxarmalıdır. Bu zaman nurlu insanlar ürəyinin işığını da böyük həvəslə gəncliyimizə bağışlayaraq sabahın qurucuları üçün münbit şərait yaradılmasında maraqlı olurlar. Təəssüf ki, yaşının ahıl çağlarına baxmayaraq daşıdığı vəzifənin qulpuna kleylənmiş məmurlarımız illər ərzində öyrəşdiyi komfortdan bəzən özxoşuna imtina etməyə hazır deyillər. Baxmayaraq ki, qocalıq sadəcə, insanın fiziki və əqli imkanlarını məhdudlaşdırmır. Bu mərhələdə davamlı xətalara yol verdikcə, adam özünü də gözdən salımış olur. Bu mənada el qınağı ilə üzləşməmək naminə üzüsulu getmək daha məsləhətdir. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Ərəstun Məcidovun daxili işlər orqanlarında fəaliyyətini kifayət qədər məhsuldar və uğurlu hesab etmək üçün xeyli əsaslar var. Ərəstun müəllimin qələmindən çıxmış bir neçə sanballı kitabın adını çəkmək yetər ki, bu hörmətli "qaişnikin" yol hərəkətinin təhlükəsizliyi kimi vacib bir məsələyə verdiyi töhfələr xatırlansın. Baxmayaraq ki, cənab rəisin əməli obyektivliyinə şübhələr heç də az deyil. Neyləyəsən ki, dünyanın düzəlmək fikrindən uzaq vaxtında problemlər də ayaq açıb yeriyir. Kimin hansı vəzifədən üzü yuxarı hoppandığını anlayanlar bu məsələnin fərqinə varmaqda çətinlik çəkir. Bir də ki, vəzifə adamları arasında böyük bir fərq far. Bu fərqin nədən ibarət olduğunu açıb-ağartmağa məncə ehtiyac da yoxdur. Ehtiyacımızı ödəmək xatirinə bu ehtiyacların heç birisindən danışmaq istəmirik. İstədiyimiz odu ki, ölkə daxilində daxili ehtiyacını ödəmək iqtidarında olan iqtidar sahiblərindən norma daxilində bəhs edək. Lakin, ehtiyac adamı ayaqda qalmağa qoymur. Bunu da hamı bilməlidir. Ona görə də, hər şeyin əndazəsini gözləmək zorunda qala-qala məsələni qalmaqala döndərmək istəməzdik. Əlbəttə, "Qocalıq deyildir saçın ağlığı" deyən ölməz şairin bu fikirlərini şübhə altına almaq haqqımız da yoxdur. Lakin, özünü qocalığın əsirliyində olduğunu etraf etməkdən hər vasitə ilə yayınan ahıllarımızı da anlaya bilmirik. Ərəstun Məcidov da qocalığını boynuna almaqdan israrla imtina edənlərin bəlkə də ön cərgəsndə yer alan peşəkar yol polisidir. Hörmətli polkovnikin məgər təqaüd yaşında görüləsi işləri qəhətdir? Baxın, nə qədər televiziya və radio verilişlərində,sosial şəbəkələrdə, məktəb və bağçalarda belə peşəkar mütəxəssisin məsləhətlərinə böyük ehtiyac var...Lakin Ərəstun müəllim ictimaiyyətdən gələn bu çağırışları sanki görməzliyə vurur, kabinet ovqatı ilə vidalaşmağa heç də tələsmir. Açığını deyək ki, ölkədə yüksək vəzifə kreslosuna sahib çıxmaq uğrunda onsuz da ciddi və daimi mübarizə var. Bu mübarizədə kimin qalib çıxacağını isə çıxacağını bilməyənlər bilir. Uzun illər polis orqanlarında çalışmış keçmiş polis əməkdaşları məsələnin mahiyyətini məncə, yaxşı anlayarlar. Söhbət Azərbaycan polisinin şərəfli adını yüksək tutmaqdan gedir. Daha doğrusu, hər addımında polisin yüksək mənəvi keyfiyyətlərinin xüsusi önəm kəsb etdiyini anlayanlar dərin mənəvi-psixoloji aşınmaya məruz qaldıqları ilə çətin ki, razılaşsınlar. Ona görə də, bütün varlığı ilə məxsus olduğu düşərgənin problemlərinin həllinə çalışan azərbaycanlı aurasında hamı tərəfindən qəbul edilmiş bir həqiqəti sonadək dərk etmək zorunda qalmışıq. Burda böyük bir həqiqət var. Bir müddət yol polisi orqanlarında ictimaiyyətlə əlaqələrə cavabdehlik daşımış Ərəstun Məcidov üçün gerçək həqiqətin mübarək hüzurunda etiraf etməyin vaxtı çatıb. Bu gün ölkə mediasında özünün yüksək mənəvi-əxlaqi dəyərlərini önə çəkən tanınmış mətbuat nümayəndələri yeri gəldikcə, cürbəcür bəyanat sərhədlərini aşaraq bir tərəfdən, öz işgüzar nüfuzunu yüksək səviyyəyə çatdırmaq və mülki şəxslər arasında mümkün real mövqeyə sahib çıxmaq zorundadırlar. Lakin bu zorun çətin problemləri qarşısında dayanıqlı mövqeyə malik olmağı özü də bir qəhrəmanlıq sayılmalıdır. Bu mənada, ölkənin ünlü polis əməkdaşlarını başa düşməyə çalışaraq biz də yeni obyektiv bir mövqe sərgiləmək zorunda qalmışıq. Söhbət polis orqanlarında çalışan əməkdaşların vəzifə problemlərinin müsbət həllindən gedir. Başqa sözlə desək, problemsiz polis əməkdaşlarının özlərinin də etiraf etdiyi çətin problemli situasiyadan söhbət açmaq asayiş keşikçiləri ilə sadəcə həmrəylik nümayiş etdirmək qədər maraqlı və ziddiyyətli bir situasiyadır. Bu situasiyanın incəliklərinə qədər gedib çıxmağı özümüzə qarşı bir tələbkarlıq hesab etdiyimizdən, sadəcə konkret məsələlər üzərində dayanmağı özümüzə borc bildik. Bu məqamda polkovnik Ərəstun Məcidovun adını çəkməklə, üstəlik bunu milli mənsublarımızın nəzər-diqqətinə çatdırmaqla özümüzü xoşbəxt hiss edirik. Məqam içərisində özünü göyün yeddinci qatında görənlər isə kitablarda yazıldığı kimi xoşbəxt insanlardır. Bu insanlardan birincisi, bəlkə də ən hörmətlisi məhz Ərəstun müəllimmiş. Əziz oxucuları sevindirmək üçün deyirəm ki, gözsünüz aydın, qosqoca qardaşımızın qulluq vəzifəsi deyəsən tükənmir. Söz yox ki, qoca vaxtında, dolayısı ilə təqaüd yaşında vəzifə pilləsində bu qeyri-adi yüksəlişinin səbəbləri bizə hələ də qaranlıq qalır. Lakin qaranlıqda ulduz axtarmaq xəstəliyi bizim hamımımzı yoluxdurduğundan, hər gün dan yeri sökülməmiş Ulu Yaradana dualar edirik ki, gözlədiyi təyinat yol polisimizin dosdoğma "aristoteli" üçün düşərli olsun. Zarafat deyil, DİN-in çox ciddi bir qurumunda təmsil olunmuş şəxsin pafosla desək, Vətən və Xalq qarşısında xidmətləri olmasaydı, ona bu boyda vəzifəni tapşırmazdılar. Mən Ərəstun Məcidovu yol polisində karyerasını şəxsi mənafe üzərində quran sıraya aid etmək fikrindən çox uzağam. Lakin uzaqdan-uzağa körpülər də görünür. Hər halda, ümid edirəm ki, cənab polkovnik hər dəfə bir pillə yuxarı irəlilədikcə, qocalıq amilii unudulur, onun hansısa xidmətləri nəzərə alınır. Bə hansı xidmətlərdən söhbət gedir? Bax bunu deməyəcəyəm. Çünki, bizim nəzərimizdə Ərəstun Məcidov "körpü partladanların" "barıtını" yox yerdən tapıb məqamında lazımi pilləyə ötürməyə hər an hazır kadrlardan biri kimi dəyərlidir. Bu mənada qocalığın ortaya qoyduğu ağrılı üzüntülərə əyilmək düzgün olmazdı. xalqxeber/