Arzu Rəhimovun güvəndiyi dağlar... - Bu dağlara hələ də qar yağmayıb...

11-02-2016, 17:26           
Arzu Rəhimovun güvəndiyi dağlar... - Bu dağlara hələ də qar yağmayıb...
Bir neçə il əvvəl Müdafiə Nazirliyinin tabeçiliyində olan, adına el arasında “Azvoyenkomat” deyilən və funksiyası hərbi xidmətə çağırışı təşkil etmək olan bu qurumda baş verən dəhşətli rüşvətxorluqdan sonra yeni müstəqil qurum yaradıldı: Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX). Və hamı düşündü ki, yəqin qurumda işlər qaydasında olacaq. Ancaq ilk gündən qurum daxilində ziddiyyət yarandı.
Beləliklə ortaya ziddiyyət düşdü. Qurum daxilindəki ziddiyyət özünü çox göstərmədi. Az vaxtdan sonra SHXÇDX-nin rəisi Arzu Rəhimovun sürücüsü Natiq və qurumun Qobustan şöbəsinin rəisi Anar İsmayılov 500 min manat pulla həbs olundu. Bəlli oldu ki, sürücü Arzu Rəhimovun adından rayon hərbi komissarlarından külli miqdarda rüşvət yığırmış. Birindən 100 min manat, o birindən 200 min və s.
Məlumdur ki, sürücünün özbaşına 500 min manat rüşvət almasına heç uşaq da inanmaz. Həbsdən az keçmiş sürücü içəridən ultimatum göndərdi və sürücü də, Anar İsmayılov da azadlığa buraxıldı. Ancaq qurum daxilində ziddiyyətlər səngimədi. Son vaxtlar isə bəlli olur ki, bu dəfə sürücü rolunu “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin rəhbəri Şahvələd Əliyev oynayır.
Dövlət büdcəsindən MMC-yə ayrılan 700 min manat pulun təxminən 600 min manatı qurumun rəhbərliyinin cibinə gedib. Dövlət bu qədər pulu ayırıb ki, müharibə vəziyyətində olan ölkədə gənclər hər an vətənin müdafiəsinə hazır olsun. /Gundelik-baku/
Şahvələd Əliyev isə pulun təyinatını dəyişib. Bu hələ bircə qurmda olan mənimsəmədir. Görünür Arzu Rəhimovun sürücüsünün tez vaxtda azadlığa buraxılması qurumdakı digər şəxsləri də həvəsləındiirb ki, Arzu Rəhimov toxunulmaz simadır. Ancaq Arzu Rəhimov unudur ki, ölkə başçısı möhtərəm İlham Əliyev cənabları bu günlərdə bildirdi ki, ölkədə toxunulmaz adam yoxdur.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.