Banan, “kinder”, qoğal…Deputatın şəhid ailələrinə şır-şır “xonçası” – Foto

21-03-2021, 18:34           
Banan, “kinder”, qoğal…Deputatın şəhid ailələrinə şır-şır “xonçası” – Foto
Sabit Rəhmanın “Şirini bülbül” adlı hekayəsi var. Bakıdan kəndə gələn hökumət nümayəndəsi Cəlil Naim əfəndi camaatı meydana toplayıb çəlləyin üstündə çıxış etməyə başlayır.
Təxminən 3 saat irandan – turandan, itdən-qurddan danışan nümayəndə axırda görür hamı dağılışıb, bircə çoban qalıb.
Çoban da qayıdır ki, sizin dediklərinizdən bir şey anladımsa köpəyoğluyam, sadəcə, gözləyirəm nə vaxt o çəlləyin üstündən düşəcəksən, çünki “boçka” mənimdir, evimə aparmalıyam…
İndi bu yumoristik əhvalat Tovuzun deputatı Ülviyyə Ağayevanın əməllərini yada saldı. Seçki vaxtı heç bir seçici onun moizələrinə onsuz da qulaq asmırdı, deputat olduqdan sonra da özünü seçicilərinə qarşı canıyanan kimi göstərir.

Reportyor.info bildirir ki, Ü.Ağayeva bu dəfə özünə böyük “zəhmət” verib, böyük “xərc” çəkib, Tovuzda seçicisi olan şəhid ailələrini Novruz bayramı münasibəti ilə ziyarətə gedib.
Hər çıxışında reklama ehtiyacı olmadığını deyən xanım deputat gördüyü bu “işi” gözə soxmaq üçün sosial mediada yayıb.
Amma şəhid ailələrinin onun şır-şır səsli bağlamaları olan xonçalarına ehtiyacı olmadığını anlamayıb. Ən tragikomik mənzərə budur ki, Ü.Ağayevanın bayram xonçasında olan pay-püşla şəhid ailələrini ələ salıb, onlara az qala dilənçi kimi yanaşıb. Həmin xonça şəkillərinə baxanda görürsən ki, içində banan, qoğal və “kinder” şokoladlarıdır.
Tovuzun o qəhrəman oğulları Qarabağ uğrunda ona görə canlarını qurban verməmişdilər ki, deputat Novruzda onların balalarının başını “kinder” və bananla aldatıb, özünü yuxarıların gözünə soxsun, guya millət vəkili kimi şəhid ailələrinə diqqət göstərdiyini nümayiş etdirsin. Qazinin əməliyyatına kömək olmayan deputatdan bundan artıq nə gözləyəsən?! Rüsvayçılıqdır, Ülviyyə Ağayeva…














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.