Bələdiyyə sədri Nazim İbrahimovun ailə şirkətini idarə edir - SƏNƏD

24-03-2021, 09:20           
Bələdiyyə sədri Nazim İbrahimovun ailə şirkətini idarə edir - SƏNƏD
Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun ailə şirkətini idarə edir.
Teref.az yazır ki, o, 2008-ci ildə Nazim İbrahimovun həyat yoldaşı Minayə İbrahimovanın təsisçiliyi ilə qeydiyyatdan keçmiş "CASPİLİNE" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli xəbər verir.
Daha sonra Cavanşir Həsənli yazır, Nazim Qaraxanov Nazim İbrahimovun komitə sədri olduğu dövrdə şöbə müdiri vəzifəsində çalışıb.
Bələdiyyədə hörmətə bax...
Teref.az olaraq qeyd etmək istəyiri ki, Nazim Qaraxanov 2015-ci ildə Nəsimi rayon bələdiyyəsinin sədri seçilməmişdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsində işləyib.
2019-ci ildə onun yerinə Əziz Fərrux oğlu Zeynalov Nəsimi rayon bələdiyyəsinin sədri seçilib.
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.