Ziyəddin Əliyev xalqla "zarafat" edir - Qubanın İcra başçısının ŞOK vaksinasiya fırıldağı - FOTOFAKT

24-03-2021, 17:52           
Ziyəddin Əliyev  xalqla "zarafat" edir -
Son günlər korrupsiya əməlləri ilə yerli KİV-də əsas müzakirə mövzularından biri olan Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev haqda ilginc bir fakt açıqlanıb. DİA.AZ bildirir ki, bu dəfə qalmaqallı icra başçısını ifşa edən Vüsal Başaratvi adlı "Facebook" istifadəçisidir.


Yuxarıdakı fotonu təqdim edən V.Başaratvi yazır:

"İynənin üstündəki plasması belə çıxartmayıb ki... Belə çıxır ki, yenə də dövləti aldatır? Saxta yolla səlahiyyətlərdən istifadə edib pasport almaq istəyir??"

DİA.AZ bildirir ki, son günlər ayrı-ayrı icra başçıları kolxoz hesabatları kimi vaksin vurdurduqlarını sübutlayan fotolarını tirajlamaqdadırlar. Görünür, "yuxarıdan" təlimat belədir və görünəni odur ki, Qubanın icra başçısı heç də təlimata uymasına baxmayaraq dövlət tərəfindən təşviq olunan vaksinlərə heç də etibar etmir. Bunu isə sübutlayan ortadakı faktdır.


Maraqlı olduğundan... qarşı tərəfi də dinləməyə hazırıq...
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru