Xanım komitə sədri icra başçısının müavini olmaq istəyən şəxsin 170 mininə atıb - İTTİHAM

14-02-2016, 14:30           

Azərbaycanda böyük səs-küy yaradacaq çox ilginc məhkəmə işi başlayır.

teref.az xəbər verir ki, Modern.az saytının məlumatına görə, bu barədə məlumatı tanınmış vəkil Adəm Məmmədov verib. Vəkil bildirib ki, icra başçısının müavini olmaq istəyən şəxsi aldadıb 170 min dollarını alıblar.

“Bu gün (dünən-red.) çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABS dollarını aldadıb, ələ keçirən şəxsin birbaşa Komitə sədri olması, çox təəccübə səbəb oldu. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçmışdır”,-deyə vəkil Adəm Məmmədov bildirib.

Lakin vəkil konkret ad çəkməyib və hələlik söhbətin kimlərdən getdiyini açıqlamayıb.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru