Təhsil Nazirliyində ŞÜBHƏLİ "NASAZLIQ"

31-03-2021, 08:59           
Təhsil Nazirliyində ŞÜBHƏLİ "NASAZLIQ"
Dünən Azərbaycan təhsili adına növbəti bir rüsvayçılığa imza atılıb.

Rubrika.Az saytı xəbər verir ki,6 və 7 martda Təhsil Nazirliyindən keçirilməsi nəzərdə tutulan direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar dayandırılıb və təxirə salınıb.

Məlumata görə bu kimi "texniki nasazlıq" birinci dəfə deyil. Bundan əvvəl də YÜKSƏLİŞ adlı müsabiqə üçün keçirilən imtahan da texniki nasazlıq səbəbindən təxirə salınıb və adını qidadan zəhərlənmə qoyublar.
Maraqlıdır ki, bu imtahanı təşkil edənlərin, ümumiyyətlə ya texnologiyadan xəbərləri yoxdur, ya da başdansovdu imtahan keçirərək gözdən pərdə asmaq istəyiblər.
Ekspertlər bildirir ki, imtahanlar kompüterdə keçirilir və internet də açıq olur. İmtahana iştirakçı ən azı yarım saat əvvəl gəlir və kompüterdə oturur.

Bu vaxtı imtahan iştirakçısı AnyDesk və ya Teamviewer proqramını yükləyir kompüterə və açıq olan kompüterdə sosial şəbəkə hesabına daxil olub həmən proqramın kodunu dostuna yollayır, ardınca da onlar kənardan kompüterə daxil olub suallara cavab yazırlar. Yəni bu praktik olaraq mümkündür və edildiyini düşünürəm.

Ölkədə artıq 30 ildir həm kağız üzərində həm də kompüter vasitəsilə imtahanlar keçirilir, amma indiyə qədər texniki nasazlıq səbəbindən imtahan təxirə salınması faktı olmayıb.
Adi hazırlıq kursları bundan keyfiyyətli imtahan təşkil etdiyi halda Təhsil Nazirliyi belə bir biabırçılığa imza atıb..
Verilən məlumatlara görə imtahanda iştirak edənlərin böyük əksəriyyəti faktiki direktor əvəzi işləyənlərdir. Görünür direktor əvəzi işləyənlərin direktor olması üçün hansısa səbəbdən "texniki nasazlıq" yaranıb. Bu şübhəli "nasazlıq" barədə ilginc məlumatlar verilir. Araşdırmamızı davam etdiririk.

NİCAT MAHMUDOV
Rubrika.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.