Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev az qala Londonun yarısını alıb - Azərbaycandan gedən pullar Londanda üzə çıxır? FOTO

16-04-2021, 07:18           
Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev az qala Londonun yarısını alıb -
Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev az qala Londonun yarısını alıb. Bu ilin əvvəlində o, Londonda dəyəri milyonlarla funt-sterlinq olan daha 4 bahalı əmlak müqaviləsi bağlayıb. Müqavilələr Britaniya paytaxtının işgüzar səmtlərindən olan Windmill Street-dəki 37, 38, 39 və 40 saylı binaları əhatə edir. Həmin ünvanlarda hazırda "THE LYRİC", "OLİVES & MEZE", "WOK TO WALK" restoranları, "WEST & END" daşınmaz əmlak agentliyi yerləşir.
Teref.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır.

Daha sonra Cavanşir Həsənli yazır, Əbdül Əliyev hələ ötən ilin iyulunda Nottinqem şəhərinin mərkəzində də dəyəri 1.5 milyon funt sterlinq (3,3 milyon manat) olan binanı (Long Row küçəsi 50, 51 və 52). Ötən ilin sentyabrında isə o, Britaniya paytaxtının Ladbroke Grove 131 və Ladbroke Crescent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı, eləcə də Croydon, Thornton Heath, Parchmore Road 84a ünvanında LANCASTER BUSİNESS PARK-dakı keçmiş əyləncə mərkəzinin (Leisure Centre) ərazisi (LAN21656 saylı mülkiyyət sənədi) də satın almışdı.
Teref.az











шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.