​İmişli polis şöbəsinin rəis müavini Habil Ağayevin müdhiş sirri DİN-dən gizlədilir-Video

19-04-2021, 18:02           
​İmişli polis şöbəsinin rəis müavini Habil Ağayevin müdhiş sirri DİN-dən gizlədilir-Video
Vilayət Eyvazovun Daxili İşlər Naziri təyinatından xeyli müddət keçsə də, mətbuat cənab nazirin ayrı-ayrı strukturladakı kadr islahatları ilə bağlı məlumatları mütəmadi olaraq dərc edir. Əslində ölkə əhalisinin təhlükəsizliyindən sorumlu olan bu qurumdakı yeniliklər həm də vətəndaş və media olaraq tərəfimizdən təqdir edilir. Lakin, bəzən bu qurumda kifayt qədər yüksək vəzifə tutan şəxslərin əməlləri təəccüb və təəssüf doğurur. Və bu təəccüb, eyni zamanda təəssüf doğuran hallar görülən işləri, o cümlədən islahatların müsbət nəticəsini kölgə altına salır. Vətəndaş haqlı olaraq düşünür ki, təyinatından dərhal sonra islahatlara start verən nazirdən ölkənin əsas və həssas dövlət strukturlarındakı neqativlər nə üçün, hansı məqsədlə gizlədilir?

Diqqətli oxucular xatırlayırsa bir neçə gün əvvəl İmişli rayon polis şöbəsinin rəis müavini Habil Ağayevin 6 aprel 2021-ci il tarixdə pandemiya səbəbindən məlum qadağalara baxmayaraq, qayınanası üçün çoxlu sayda insanın iştirak etdiyi hüzr mərasiminin keçirilməsi ilə bağlı məlumat dərc etmişdik. Onu da xatırladaq ki, Habil Ağayev bu məlumatın dərcindən xeyli narahat olmuş və ölkədə reputatsiyası bərbad olan özünün “media təmsilçisi” vasitəslə bir neçə gün fasiləsiz narahatetmə kampaniyası aparsa da, “Turaninfo”.az olaraq prinsipial şəkildə bütün “təklifləri” rədd etdik. Biz həmişə qanunların aliliyini üstün tutan media qurluşuyuq. Və bu siyasət tərəfimizdən həmişə davam edəcək. Düzdür rəis müavini bəzi “media kapitanlarını” təmsilçisi vasitəsilə müvəqqəti aldadtmağa nail oldu, lakin qeyd etdiymiz kimi bu müvəqqəti xarakter daşıdı.

Onu da qeyd edək ki, bu yalan Habil Ağayevin ilk yalanıda deyildi. Rayondakı mənbədən redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, rəis müavininin bir böyrəyinin olmamasına baxmayaraq o artıq illərdir ki, İmişli rayon polis şöbəsindəki vəzifəsini qoruyub saxlaya bilir. Mənbə onu da əlavə etdi ki, Habil Ağayev bu sirrinin açılmaması üçün bütün vasitələrdən istifadə edir. Biz “Turaninfo.az” saytı olaraq DİN rəhbəri cənab Vilayət Eyvazova müraciət edirik, böyrək kimi vacib bioloji orqanın olmamsı polis sıralarında çalışmağa imkan vermirsə, o halda Habil Ağayevi kim və ya kimlər hansı məqsədlərə, o cümlədən maraqlara görə qoruyur? Və ya həmin şəxslərin cənab naziri aldatmaqda məqsədləri nədir?

Mənbədən redaksiyamıza kifayət qədər maraqlı məlumat və şəkil də daxil olub. Belə ki, Habil Ağayev whatsapp vasitəsilə rayon sakinlərindən birinə yazır ki, “Qaqa...
Ardı var
VİDEO LİKDƏ BAXA BİLƏRSİNİZ.

https://www.facebook.com/messenger_media/?thread_id=100024317949714&atta...
Mövzuya qayıdacağıq.

Məlumatda adı çəkilən şəxslərində mövqelərini dərc etməyə hazırıq.

Turaninfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.