Baba Rzayevin və Rzayevlər klanının biznes imperiyası : Bu “imperiya”ya “DUR” deyən olacaqmı?

16-08-2021, 00:15           
Baba Rzayevin və Rzayevlər klanının biznes imperiyası :
2018-ci il sentyabrın 4-də İlham Əliyevin sərəncamı ilə Balababa Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Baba Rzayev və onun həyat yoldaşı Nərminə Həsənova iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvləridir. Yeri gəlmişkən Balababa Hüseynağa oğlu Rzayev 10 iyun 1957-ci ildə Bakı şəhəri Zirə qəsəbəsində fəhlə ailəsində anadan olub.
Аiləlidir, iki övladı - bir qızı, bir oğlu, dörd nəvəsi var.
Teref.az xəbər verir ki, saytımızın poçtuna göndərilən məqalədə müıllif bunu yazıb. Daha sonra müəllif yazır:
Görün, Baba Rzayevin nə cəlalı var?!

10 avqust 2006-cı il tarixdə «Bakıelektrikşəbəkə» ASC İdarə Heyəti sədri vəzifəsinə təyin olunub. 2015-ci ildə “Bakıelektrikşəbəkə”-nin adı dəyişdirilərək “Azərişıq” olub və Baba Rzayev yenidən həmin quruma sədr təyin olunub. Azadlıq Radiosunun 2012-ci ildə onunla bağlı apardığı araşdırmada deyilir ki, iİxtisasca elektrik mühəndisi, ADNA məzunu olan Baba Rzayev həm də biznes sahibidir. Ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan “Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir. 2010-2013-cü illərdə təkcə 4 tikinti müqaviləsi üzrə “Azenco” ASC-yə 285,9 milyon manat ödənilib. Uzun illər ölkənin elektrik enerjisi istehsalı obyektlərinin təmir-tikinti işlərində B.Rzayevin sələfi Etibar Pirverdiyevin nəzarəti altındakı “Azenco Group” MMC-nin və onun “Azenco” ASC törəmə şirkətinin inşaatçıları çalışırdılar. 2018-ci ilin iyulunda baş verən və ölkəni qaranlığa qərq edən “enerji kollapsından” sonra onların yerini Baba Rzayevin ailə şirkətləri tutmağa başlayıb. “2018-ci ilin 4-cü rübündə “Azərenerji” ASC müxtəlif xarici və yerli şirkətlərlə 447 müqavilə bağlayıb. Ən çox əməkdaşlıq edilən şirkətlər arasında “Gatdigital” QSC, “Electro İndustries” QSC, “Farcon” MMC, “Caspian Sell” MMC, “Azconstruction” QSC də var”. Qurumun 2018-ci il üzrə fəaliyyət hesabatında belə deyilir. Bu şirkətlərin demək olar ki, hamısı birbaşa və dolayısıyla Rzayevlər klanına bağlıdır. Məhz tenderlərin sayəsində Baba Rzayev qiyməti on milyon dollarları aşan dəbdəbəli villalara sahib olub. Yüzlərlə şirkət yaradıb.
Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur.“Santral Elektrik”in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. “Bakelektrikşəbəkə”yə sədr keçdikdən sonra onun, “Santral Elektrik”i də qeyri-rəsmi idarə etdiyi bildirilir. Sonradan “Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.
Baba Rzayevin qardaşları Rahib və Emin Rzayevlər də varidatına görə abilərindən geri qalmırlar. Büdcədən maliyyələşən sifarişləri həyata keçirən "Göknur Bakı LTD”, "GBS” MMC şirkətləri «Santral Elektrik»lə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir. Belə ki, "General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub. Qeyd edək ki, 4 - oktyabır 2018 - ci il Baba Rzayevin qardaşı Emin Rzayev, Mingəçevirdən olan iş adamı Rəşad Şirinovu qəbul edib vəonunla danışaraq Emin Rzayev bir şirkət açmalarını xahiş edib. Bu şirkətin şifahi olaraq butun məsələlərini boynuna götürüb. Rəşad Şirinov da “YapSan” MMC şirkəti qurub. Yapsan MMC - nin direktoru kimi qardaşı Şirinov Taleh Əzizalı oğluna verir.
Emin Rzayev Mingəçevir İstilik Elektrik Stansiyasının yenidən qurma işlərini təhvil verdikdən sonra, “YapSan” şirkətinin adı ilə edilən köçürmələr əsasında 1074203 - manat 78 - qəpik vergi borcuna görə,Taleh Şirinovun ölkədən çıxması qadağası çıxır. “YapSan” MMC bloklanır. Noyabr ayında Rəşad Şirinov Baba Rzayevin qəbuluna gedir və söz verilmiş maliyyəni tələb edir. B. Rzayev qalıq borcunun 3300 000 manatı və vergi borcu 1074203 - manat 78 - qəpik pulu odəyərək ortada olan problemi həll edəcəyini bildirir. Daha sonra Emin Rzayevdə Baba Rzayevdə bu məsələni boynundan ataraq Rəşad Şirinovu qəbul belə etmir. Hələ Emin Rzayen Rəşad Şirinovu məhkəməyə verib 50.000 manat təzminat tələb edir. Boya işləri ilə məşğul olub pulu verilməyən 180 - nəfərə yaxın işçilərin adından yazılan ərzə ilə aidiyatı qurumlara müraciət hazırlayan Rəşad Şirinovla görüşən Emin Rzayevin müavini Kamil Əliyev bu sənədləri ona verilməsini xahiş edir. Bu məsələlərin həmin imza kağızlarının ona veriləndən sonra həll edəcəyi haqda söz verir. Rəşad Şirinov sənədləri Kamran Əliyevə verəndən sonra, o sənədləri yandırıb, sözlərinə əməl etməyib.Baba Rzayev və qardaşı Emin Rzayev bu məsələdə Rəşad Şirinovu heç tanımadıqlarını desələr də Şirinovun əlində olan sənədlər əksini sübut edib. U ilin iyun ayında isə Mingəçevirdən olan iş adamları Nicat Həsənov və Rəşad Şirinov "Azərişıq” ASC-nin sədri Baba Rzayevin qardaşından Prezident İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova müraciət edib.

iş adamları Mingəçevir İES tikintisi zamanı hüquqlarını pozulduğunu və onlara ödəniləcək məbləğin indiyə qədər çatmadığını bildiriblər.

Rahib Rzayevin “şansı”

“Azərişıq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən "Müxtəlif növ kabellərin satın alınması" məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi "Göknur Bakı LTD" MMC olub. Cəmiyyət "Müxtəlif növ kabellərin satın alınması" məqəsədilə "Göknur Bakı LTD" MMC şirkətinə 17 milyon 264 min 667 manat 1 qəpik ödəycək.
Məlumat üçün bildirək ki, "Göknur Bakı LTD" MMC 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 milyon 349 min manat olan NNC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Rahib Hüseynağa oğludur.
Rzayev Rahib Baba Rzayev “Bakıelektrikşəbəkə”Açıq Səhimdar Cəmiyyətinin sədri olduğu zaman – 2011-2015-ci illərdə də "Göknur Bakı LTD" MMC ilə ASC arasında onlarla tender müqaviləsi imzalanıb.
2020-2021-ci illərdə "Azərenerji" və "Azərişıq"ın yüksək həcmli tenderlərinin qalibləri əsasən Baba Rzayevin yaxın qohumları və onunla birbaşa yaxın təması olan insanlar qazanırlar.

Rəis Rüfət Fərhadovun oğlu Fərid: B. Rzayevin kürəkəni
Media yazır:”Azərenerji” ASC ötən ilin oktyabrında 2020-ci ildə müxtəlif işlərin görülməsi üzrə 38 irimiqyaslı layihə üzrə tender təşkil etmək planını açıqlayıb. Şirkətin idarəetmə aparatı yaxın vaxtlarda Həsən bəy Zərdabi prospektində yerləşən "Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu”nun binasına köçəcək. Bu binanın 2019-cu ildə başlanan yenidən qurulması Fərid Fərhadzadəyə məxsus “Farcon” QSC-yə tapşırılıb. F. Fərhadzadə Baba Rzayevin kürəkənidir. “FF Construston” MMC 15 il öncə yaradılıb. Hüquqi ünvanı F.Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir. Mənzildə həm də onun atası - Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Fərhadov yaşayır.
2018-ci ilin iyununadək indiki “FF Construction” MMC “Fərqli Fikir” MMC adlanırdı, tikinti fəaliyyəti ilə yanaşı, boya satışı ilə də məşğul idi. Şirkət indiyədək “Ağ Şəhər-1”, 110/35/6 kV BMKZ və “Koroğlu” yarımstansiyalarının inşasında iştirak edib. “Azərişıq” QSC-nin Bakıdakı səkkizmərtəbəli yeni inzinati binası da onun sifarişilə layihələndirilib. “Fərqli Fikir” MMC başqa dövlət və özəl şirkətlərindən də müxtəlif sifarişlər alıb. Onun 2012-ci qalib gəldiyi tenderlərdən biri də “Əsas yerüstü peyk idarəetmə mərkəzinin binalarının şüşələnməsi və metal işləri”nin icrasıdır. Bu layihədə iştiraka görə “Azərkosmos” ASC ona 1 milyon 559,9 min manat ödəyib.
FF Şirkətlər Qrupuna Azərbaycandan kənarda fəaliyyət göstərən “Magnum Ltd” (RF, Moskva, 2017-ci il), “FF Group” MMC (Qazaxıstan, 2016), “FF Grup İnşaat Sanayi ve Ticaret A.Ş” (Türkiyə, 2015), “FF Group Georgia” (Gürcüstan, 2017), “Nikel Metal” MMC (Bakı, 2008), “Nikel Metal” MMC (Qazaxıstan, 2013) şirkətləri daxildir. «Magnum Ltd» şirkətinin təsisçisi Fərid Fərhadzadədir. Bakıda əlvan metallardan hazırlanan tikinti materiallarının satışı ilə məşğul olan “Nikel Metal” MMC-ni o, türk iş adamı Musa Koçerlə birlikdə yaradıb. Qrupun İstanbul və Tbilisidəki qollarının təsisçisi kimi Ayaz Üzeyir oğlu Soltanov təqdim olunur. Rəsmi sənədlərə görə, A. Sultanov həm də 2020-ci ilin fevral ayında Türkiyədə təsis olunan “Alufar Alüminyum Sanayi ve Ticaret Limited” şirkətinin sahibidir. Azərbaycanda isə “Alufar” MMC 2017-ci ildə yaradılıb. Alüminiumdan sənaye və mebel profilləri, mebel aksessuarları və fasad sistemləri satışı ilə məşğul olan bu şirkət elektrik avadanlıqları istehsal edən “GBS” şirkəti ilə eyni ünvanı paylaşır. Həm “Alufar” MMC-yə, həm də “FF Şirkətlər Qrupu”nun baş şirkəti olan “FF Construction” MMC-yə Ayaz Soltanov rəhbərlik edir. Baba Rzayevin ailə mülkiyyətində olan “Zirə Aqrorark” MMC-nin direktoru da odur”.
Bəli Başda Baba Rzayev olmaqla, bu klan böyük bir biznes imperiyasına malikdir. Və təəssüf ki, bu imperiyanı bir yazıya sığdırmaq çətin məsələdir. Amma ümid edək ki, bu adamı da yaxınlar da DTX-nın qara libaslı zabitləri ziyarət edəcək. Bax onda Rzayevlər imperiyasının nə boyda olduğu, hansı sərvətə yiyələnmələri məlum olacaq.
Son olaraq: Ölkə başçısının 10 avqust 2016-cı il tarixli sərəncamı ilə «Əməkdar mühəndis» adına layiq görülüb,
2017-ci ilin yanvar ayında MDB üzv ölkələri Elektroenergetika Şurasının Qərarı ilə “MDB-nin Əməkdar energetiki” fəxri adına layiq görülmüşdür.
Azərbaycan Prezidentinin 9 iyun 2017-ci il tarixli sərəncamı ilə ölkənin energetika sisteminin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” orden ilə təltif olunub.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etmyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.