Suraxanının icra başçısı Əziz Əzizovu aparırlar…- İcra başçısı arpa satmaqdan qabaq pivəxanalara noxud satırmış ..

16-08-2021, 00:07           
Suraxanının icra başçısı Əziz Əzizovu aparırlar…-
Əsas mövzuya keçməzdən öncə, Suraxanı rayon icra hakimiyyətinin başçısı hörmətli Əziz Əzizovdan xırda bir üzrxahlıq etmək istəyirik.
Məsələ ondadır ki, çoxlu media orqaları, o cümlədən biz də Əziz Əzizovun barəsində “tramvay ustası, arpa satan” ifadəsi işlədirik.
Ancaq bu günlərdə Cəlilabadlı dostlarımızdan biri yaxşı ki, səhvimizi düzəltdi. Dostumuz bizə bildirdi ki, Əzizova qarşı haqsızlıq etməyin, Əziz müəllim arpa satmaqdan öncə bir neçə il pivəxanalara noxud satırdı, sonradan arpa satmağa keçdi.
Nə isə, obyektivlik naminə bu üzrxahlığı bildirməyi özümüzə borc bildik.
İndi isə keçək əsas məsləyə. Ruslar demişkən, “Drujba drujba, slujba slujba”
Ay Əziz Əzizov, hər şeyi bir kənara qoyaq, Suraxanıya gələn kimi, uşaqların da payına göz dikdin, hələ sovet dövründən qalan və binanın balaca sakinləri olan uşaqların kiçik futbol meydançasını sataraq orada nəhəng obyekt tikilməsinə şərait yaratdın.
Əzizov, cənab Prezidentimiz idmana bu qədər qayğı göstərir, idmanın inkişafı üçün kifayət qədər dövlət vəsaiti ayırır, çalışır ki, dövlətimizin bayrağı möhtəbər idman yarışlarında ucalsın.
Sən isə, Əziz Əzizov, balaca uşaqların futbol oynadığı meydançanı kiməsə satmısan.
Əziz Əzizov, heç o körpə balalardan utanmadınmı ?
Yaxşı, onlardan utanmadın, bəs, səni icra başçısı təyin edən Prezidentdən də utanıb, abır-həya etmədinmi ?
Yaxşı, Əziz Əzizov, uşaqlarla bağlı məsələni buraxaq sənin vicdanına, indi keçək böyüklərin məsələsinə.
Bəli, Əziz Əzizov, Suraxanı ərazisindəki köhnə neft quyularının ətrafını, hətta quyuların üstünü kimə gəldi satırsan, qiymətlər də 5 rəqəmlidir.
Deməli, noxuddan, arpadan sonra, futbol meydançasını satdın, indi də neft quyularını satırsan.
Cəlilabadda yüz hektarlarla üzümlükləri, taxıl sahələrini satdın, ən münbit torpaqları özününküləşdirdin. Hətta spirtli içkilərin istehsalı ilə də məşğul olurdun. Cənub zonasında toyları
geydirmə araqlarla sənin sexlərin təmin edirdi. Hələ dostun Kamili demirik.
Hətta Neftçalada örüş sahələrin, heyvandarlıq fermaların, qoyun sürülərin də var. Cənub zonasında neçə yerdə restoranın, otellərin, marketlərin var.
Bütün bunlar sənə azlıqmı edir, cənab Əziz Əzizov ?
Elə bilirsən Yasamalda icra başçısı olduğun az vaxtda etdiklərin cəmiyyətin yadından çıxıb ?
Yasamalda plana düşən evlərə dövlət tərəfindən ayrılan pulların azı 20 faizi sənə çatırdı, cənab arpa satan.
Evləri sökülən vətəndaşlara verilən kirayə haqqını da Əzizov məmimsəyirdi, tikilən binaların 1-ci mərtəbəsini də özününkülərə verirdi.
Bir sözlə, biz yazdıqlarımız, Əziz Əzizovun əməllərinin yanında dənizdə damla misalıdır.
Daha çoxu dövlət qurumlarının hesab-kitabında yazılıb.
O, kitabı yaxın zamanlarda sənə elə oxudacaqlar, noxud, arpa satdığın zamanlar yadına düşəcək. Sonra səni dostlarının yanına aparacaqlar...
Yazıda adları çəkilən bütün tərəflərə cavab haqqı tanıyırıq. gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.