Siyəzəndə məktəbli icra başçısı qarşıdurması - Novruz Novruzov "qaşınmayan yerdən qan çıxrdır.." VİDEO

16-08-2021, 10:06           
Siyəzəndə məktəbli icra başçısı qarşıdurması - Novruz Novruzov "qaşınmayan yerdən qan çıxrdır.." VİDEO
Siyəzən rayon sakini Ruslan Quliyev iddia edir ki, rayon sakini, rayon 6-saylı Litseyin məzunu Məhərrəmov Vüsal Elşən oğlu təhsil sahəsində qazandığı uğurlara baxmayaraq rayon rəhbərliyi tərəfindən ölkə və rayon ictimaiyyətinə təqdim olunmur. Məzun Vüsal Məhərrəmova qarşı qərəzli mövqe nümayiş etdirilib və bu gün də davam edir.
Vüsal Məhərrəmov iki dəfə beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb.Bir sıra yerli və beynəlxalq müsabiqələrin qalibi, iştirakçısı və mükafatçısı olub. Vüsal Məhərrəmov beynəlxalq səviyyədə onlarla sertifikat və diplomlarla təltif olunub.Rusiya federasiyası iqtisadiyyat universitetinin maliyyə audit fakültəsini qazanacaq səviyyədə biliyə malik olan bu şəxs öz təhsilini davam etdirmək üçün həmin universitetə dəvətlidir.Rusiyada Boris Yeltsin adına olan kitabxananın təşkil etdiyi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb.Bəs niyə bu məzuna qarşı belə münasibət sərgilənir?
Ona görə ki, Vüsal Məhərrəmovun atası Elşən Məhərrəmov mütəmadi olaraq rayonda tüğyan edən məmur özbaşınalığı ilə bağlı müxtəlif KİV-lərdə çıxış edir və dövlət başçısı və digər qurumlara müraciət edərək kömək istəyir.Buna görə də rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev,eləcə də rayon təhsil şöbəsinin müdiri və 6-saylı Litseyin direktoru İsmayıl İsmayılov Vüsal Məhərrəmova qarşı qərəzli mövqe nümayiş etdirir və onu əldə etdiyi nailiyyətlərə baxmayaraq nə ölkə,nə də ki, rayon ictimaiyyətinə təqdim etmirlər.

Redaksiyadan: İddialar maraqlıdır.Əgər həqiqətən də belə bir hal baş verirsə,bu qəbul olunmayan haldır və dərhal dayandırılmalıdır.Belə kimi hərəkətlər dövlət siyasətinə ziddir.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Sonda Ruslan Quliyevin Video-müraciətini dinləyin və paylaşın.Kanalımıza abunə olmağı unutmayın.

Elçin İsmayıllı //azinfo.tv//













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.