"Bir gün onkoloji xəstələrin haqqına girənlər mütləq ilahi ədalətlə cəzalanacaq" - Onkologiya xəstəxanasında rüşvət baş alıb gedir.. FOTO

17-08-2021, 07:26           
"Bir gün onkoloji xəstələrin haqqına girənlər mütləq ilahi ədalətlə cəzalanacaq"
Teref.az xəbər verir ki, sosial şəbəkə fəalı Elnurə Abuşova öz sosial şəbəkə profilində onkologiya xəstəxanasında başına gələnlərdən danışır. Onkoloji xəstəlikdən əmisini itirən Elnurə xanım yazır:
Elnure Abushova сейчас с Eltac Abuşov.
11 ч. ·
Bir əmim vardı, Şəmsəddin. Sakit, tikansız balıq, xeyir-şərdə özünü ilk çatdıran, hadisələrə ədalətli yanaşan...
Əmimin yeganə oğul övladı Eltac Abuşov zabit kimi müharibədən 1 həftə əvvəl orduya yollandı, atamın yası vaxtlar - oktyabrda əvvəl əmoğlumun pis xəbəri, sonra yaralanma xəbəri gəldi. Sonra xəstəxanası dəyişildi, yerini bilmədilər, 1 həftə axtardılar...Əmim xəbərdən diksindi, xərçəng tapdı. Əmoğlumun qospitaldan birbaşa Laçına qayıtması, bir də 31 dekabrda tərxis olunması əmimin xəstəliyini sürətləndirdi.2 dəfə əməliyyat, bu istidə kimyaterapiyalara dözmədi əmim. Əmimi torpağa, ata-anama, nənə-babama əmanət etdik. Eltac, əmoğlu, başın sağ olsun! Vətən sağ olsun! Sağdakı şəkli 1 ay öncə çəkmişdim, bilməzdim ki, son görüşümüzdü...


P.S. Oğlu zabit kimi döyüşən ataya Onkologiya heç bir güzəşt etmədi, əməliyyata 5 min istədilər, oranın həkimi başqa xəstəxanada hər dəfə 3500ə 2 dəfə əməliyyat etdi. Kimyayerapiyaya da güzəşt olmadı, Sumqayıt və Şirvanda nisbətən ucuz alırdı... Bir gün onkoloji xəstələrin haqqına girənlər mütləq ilahi ədalətlə cəzalanacaq

Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru