Müstəqil Türkmənistan dövlətinin vətəndaşı Gülsarə Kərimovna Azərbaycanda necə məhkəmə sədri oldu ?

2-10-2021, 00:08           
Müstəqil  Türkmənistan dövlətinin vətəndaşı Gülsarə Kərimovna Azərbaycanda necə məhkəmə sədri oldu ?
Vəkil olmaq istəyən Vüsalə adlı birisi məhkəmə sədrini niyə bu qədər “qısqanır” ?

Baş məsləhətçinizin həyat tərzindən xəbəriniz varmı, Gülsarə Kərimovna ?

Qoy Zəngilan rayon məhkəməsinin sədri Gülsarə Kərimovna İmanova tam əmin olsun ki, Gundelik-bakının onunla heç bir şəxsi problemi yoxdur.
Bizim istəyimiz və məqsədimiz vətəndaşı olduğumuz Azərbaycan dövlətinin qanunlarına, Konstitusiyasına hörmət etmək və bunu başqalarından tələb etməkdir.
Biz də sizdən tələb edirik, Gülsarə Kərimovna !
Birinci soyadınızdan başlayaq. Məlumdur ki, 1991-ci ildə müstəqillik əldə edən Azərbaycan dövləti milli atributlarına qayıdaraq bu istiqamətdə xeyli qərarlar qəbul edib.
Onlardan biri də milli soyadlar məsələsidir. Sizin ad, soyad və ata adınızdakı–ovna şəkilçisi nədir ?
Biz indi haradan bilək ki, siz azərbaycan millətinə mənsubsunuz ?
İkincisi, sizin keçmişinizlə bağlı xeyli suallar var. Nə üçün o suallardan həmişə yayınırsınız ?
Əgər siz düz, əməli-saleh adamsınızsa, keçmişinizlə bağlı suallara cavab verin problem bitsin.
Siz SSRİ-nin vaxtında Türkmənistanda anadan olmusunuz, yəni SSRİ vətəndaşı olmusunuz. 1991-ci ildə Türkmənistan müstəqillik əldə edəndə təbii ki, avtomatik olaraq Türkmənistan vətəndaşı olmusunuz. Sonra, yəni müstəqillik dövründə Türkmənistanda 1992 – 1994-cü illərdə Darqanata rayon Qaraçak qəsəbə notariat kontorunun notariusu kimi çalışmısınız.
Və 2013-cü ildə birdən birə Türkmənistandan gəlib Azərbaycanda Suraxanı məhkəməsinin hakimi olmusunuz.
Gülsarə Kərimovna, heç uşaq nağıllarında belə gülməli hallar olmur e.
Birincisi, siz 1994-cü ildən 2013-cü ilə kimi, yəni ( 2013-1994 = 19 ) 19 il harada olmusunuz, nə etmisiniz, nə qayırmısınız ?
Buna aydınlıq gətirin.
Siz hətta sıradan bir şəxs deyilsiniz e, hakim, məhkəmə sədrisiniz. Siz insanların talehi ilə məşğulsunuz. Zəngilanlılar bilməlidir ki, öz hüquqlarını, talehlərini kimə etibar ediblər ?
Ən vacib və dövləti əhəmiyyət daşıyan məsələ odur ki, siz hansı dövlətin vətəndaşısınız ?
Axı, başqa dövlətin vətəndaşı Azərbaycanda nəinki məhkəmə sədri, heç dövlət qulluğunda işləyə bilməz.
Biz haradan bilək ki, siz kimə, hansı dövlətə qulluq edirsiniz ?
Biz sizinlə bağlı hələ ki hökm vermirik, suallar veririk.
Bu suallar eyni zamanda Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Ədliyyə naziri Fikrət Məmmədova ünvanlanıb.
Özünüz də görürsünüz ki, bizim suallar şəxsi müstəvidə deyil.
Hətta sizin şəxsi həyatınızla bağlı qaranlıq məsələlər var ki, biz etika xatirinə onlara toxunmuruq.
Soruşmuruq ki, “XANIM” sözünə allergiyanız haradandır ?
Niyə sizə XANIM deyəndə əsəbiləşirsiniz ?
Ailənizlə bağlı sual vermirik. Soruşmuruq ki, həyat yoldaşınız kimdir ?
Soruşmuruq ki, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin xanımı Qalina Yuryevna ilə harada tanış olmusunuz, necə rəfiqəsiniz, o sizə hansı “zakaz”lar verir ?
Bunlar bizim nəyimizə lazımdır ?
Ancaq ictimai yüklü sualları veririk. Çünki siz məhkəmə sədrisiniz.
Bütün bu suallara yəqin ki, bir gün cavab verməli olacaqsınız.
İndi isə keçək sizin məhkəmə sədri kimi fəaliyyətinizə.
2018-ci ildən Zəngilan Rayon Məhkəməsinin sədrisiniz.
Zəngilan sakinləri sizin əlinizdən bezib, mediaya, dövlət qurumlarına şikayət edir.
Şəhid anasını günlərlə qapı ağzında saxlayıb qəbul etmirsiniz, süründürməçilik edirsiniz, qanunsuzluqlara yol verirsiniz.
Siz hətta bütün hədləri keçərək məcburi köçkün ailələrinin boşanmasını şəxsi biznesinizə çevirmisiniz.
Oxucular üçün aydın olsun deyə qeyd edirik ki, bəzi məcburi köçkün ailələri kağız üzərində məhkəmə qərar ilə boşanaraq müxtəlif mənzillər alırlar. Bu dövlətə arxadan vurulan zərbədir, cənab məhkəmə sədri. Sizə arxadan belə vursalar, sizə necə təsir edə bilər ?
Bəs siz nə üçün dövlətimizə zərbə vurursunuz?
Əgər bir gün sizin qərarınızla bu kağız üzərində boşanan aiələlərin siyahısı lazımi orqanlara çatsa, sizi nə gözlədiyini bilirsinizmi, Gülsarə Kərimovna ?
Görürsünüzmü, cənab Kərimovna, bir dənə də olsun şəxsi sualımız yoxdur sizə.
Yeri gəlmişkən, baş məsləhətçiniz, daha doğrusu, Zəngilan məhkəməsinin Vüsalə adlı baş məsləhətçisi, sizi adamlardan çox möhkəm qoruyur, şikayətçilərin sizi görməsinə imkan vermir. Görəsən, Vüsalə sizi niyə bu qədər “qısqanır” Gülsarə xanım.
Bağışlayın XANIM yazdıq, Kərimovna.
Deyirlər ki, Vüsalə xanım və sizin sürücünüz, köməkçiniz, məsləhətçiniz, katibiniz Ağa müəllim orada maklerlik edir. Bu nədir, Kərimovna ? Orada bazar açmısınız ?
Yeri gəlmişkən, baş məsləhətçiniz Vüsalə deyəsən vəkil olmaq istəyir. Burada deyiblər e, ağası gülüm olanın…
Gülsarə Kərimovna, yəqin ki, Vüsalənin həyat tərzi, xobbiləri, içkilərə meyli, tumanını qısaltmağı barədə məlumatınız var. Deyirlər Həsən adlı şəxs Vüsaləni vəkil olmağa hazırlaşdırır, siz olmayanda kabinetinizdə sual-cavab edir.
Belə birisinin vəkil olması, cəmiyyətimiz üçün bilirsinizmi, nə qədər təhlükəlidir, Kərimovna ?
Gülsarə Kərimova, sizin kabinetinizdə nələr baş verir, bundan xəbəriniz varmı ?
Vüsalənin iki övladı nigahsız böyüyür, görəsən başqalarının nigahını pozaraq, onlarla hansısa bir bazarlığa gedərək, guya onların hüquqlarını müdafiə edib hər hansı bir yaxşılıq etmisiniz. Əsla bu belə deyil, insanların səksəkə, qorxu içərisində yaşamasını təmin etmisiniz. Biz bu məsələlərin araşdırılması üçün Zəngilan Rayon İcra Hakimiyyətinə, Zəngilan Rayon Qeydiyyat şöbəsinə, Azərbaycan Respublikası Statistika Komitəsinə müraciət edərək rayonda boşanmaların siyahısının və hansı dövrə təsadüf etməsini həmin təşkilatlardan bizə verilməsini xahiş edirik. Zəngilan Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ağamirzə ilə Zəngilan Rayon məhkəməsinin baş məsləhətçisi Vüsalənin hansı oyunlardan çıxması haqqında başqa bir yazıda bəhs edəcəyik. Baş məsləhətçi Vüsalənin uşaqları ilə bağlı isə biz Zəngilan Rayon məhkəməsinə müraciət edərək Vüsalənin nigahının bağlanması və uşaqların hüquqlarının bərpa edilməsinin təmini ilə bağlı məhkəməyə müraciət edəcəyik. Yaxın günlərdə geniş araşdırma yazımız olacaq. Bizi izləyin.

P.S Bu məsələ ilə bağlı kim bizə xahiş etmiş olsa sülaləsi söyüləcək.
gundelik baki com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.