FHN şefi Türkiyəyə gedən işçilərinin HAQQINA GİRİR... - GİLEY

11-10-2021, 12:59           
FHN şefi Türkiyəyə gedən işçilərinin HAQQINA GİRİR... - GİLEY
Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəhbərliyi əməkdaşlarının kirayə pullarının cəmi 20 faizini köçürüb.
Bu barədə Reportyor.info xəbər verir ki, indiyə qədər kirayə haqlarının hamısı ödənilməyib.
FHN zabitlərinin problemi mediada ictimailəşdikdən sonra 20 faiz pul köçürülsə də, məsələ tam həllini tapmayıb.
Bundan əlavə, Türkiyədəki yanğınların qarşısını almaqda fədakarlıq göstərmiş azərbaycanlı yanğınsöndürənlərin ezamiyyət ödənişləri verilməyib. Bildirilir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bu məsələdən xəbəri yoxdur.
Həmçinin, Xüsusi Riskli Xilasetmə Xidmətində ədalətsizliyə yol verildiyi deyilir. Belə ki, gizirlər növbəyə yazılarkən kimin rəhbərlikdə adamı varsa yaxşı postlara, olmayanlar pis postlara göndərilir. Məsələn, tikinti postlarına pul verənlərin göndərildiyi iddiaları var.
Məlumatda deyilir ki, növbələrə polkovnik-leytenant Məmməd Xəlilli və müavini mayor Seyidəhməd Nurayev nəzarət edirlər.
Xidmətin rəisi Şahmar Paşayev isə bu problemləri yoluna qoymur. Ezamiyyət və kirayə pullarının hara getdiyi isə məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru