Qax rayon Qartala kəndinin məktəbi dağılmaq üzrədir, nə nazirlik nədə icra hakimiyyətindən səs çıxmır... VİDEO

12-10-2021, 17:09           
Qax rayon Qartala kəndinin məktəbi dağılmaq üzrədir, nə nazirlik nədə icra hakimiyyətindən səs çıxmır... VİDEO
Qax rayon Qartala kənd məktəbində vəziyyət faciəvidir.

Sonxeber.az xəbər verir ki, bununla bağlı jurnalist Əzizə İsmayılova paylaşım edib.

Paylaşılan kadrlardan görünür ki, sinif otaqları təmirsiz və pis vəziyyətdədir. İstilik sistemi də olmadığı üçün uşaqlar soyuq sinif otaqlarında dərs keçməli olurlar.

Qeyd edək ki, həmin məktəblə bağlı valideynlərdən biri jurnalistin vasitəsi ilə ölkə başçısına müraciət ünvanlayıb:

"Salam, Əzizə xanım, bu mənim qızımın oxuduğu Qax rayon Qartala kənd tam orta məktəbdir. Qızım soyuqdan xəstəlik tapacaq. Buna bir əlac edin. Bir ana kimi sizdən xahiş edirəm, bunu İlham Əliyevə çatdırın".

Həmin videogörüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru