Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovnanın “KVARTET”i - Kontrabasda çalır Türkmənistan vətəndaşı Gülsarə xanım...

14-10-2021, 07:09           
Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovnanın “KVARTET”i -
Ağamirzə “İçmişəm çaxır, gözlərim axır “ oxuyur...

Baş məsləhətçi Vüsalə telefonda tumanını başına keçirib, kişisənsə bura gəl...

Ağa isə daşa-divara sarılıb, daha doğrusu...

Musiqidən az-çox başı çıxanlar bilir ki, iştirak edənlərin sayından asılı olaraq, hər ansamblın öz adı var: iki nəfər oxuyanda DUET, üç nəfər olanda terset, və ya TRİO, dörd nəfər olanda KVARTET və i.a
Vokal kvartet də olur, simli kvartet də..
Bunu nə üçün yazırıq.
Deyirlər ki, (biz demirik aaa, bunu camaat deyir) Zəngilan rayon məhkəməsində xeyli vaxtdır sanki KVARTET fəaliyyət göstərir, özü də simli.
Məsələn, Kontrabasda çalan Türkmənistan vətəndaşı Gülsarə Kərimovnadır.
Züy tutanlar isə Vüsalə, Ağamirzə və Ağadır.
Gülsarə Kərimovna öz qazanc yoldaşlarına deyib ki, bir yerdə qazanırıq, bir yerdə bölüşürük, kontrabas tək mənlik deyil, sizlər də mənə dayaq olun, mənə kömək edin…
İndi görək, KVARTET-in üzvləri kimlərdir, nəçidirlər…
Birinci, Türkmənistan vətəndaşı Gülsarə Kərimovnadan başlayaq.
Ötən yazılarımızda onun barəsində geniş bəhs etdiyimiz üçün qısa məlumat verəcəyik.
Deməli, Gülsarə Kərimovna Türkmənistanda doğulub, milli mənsubiyyəti bəlli deyil…
Yeri gəlmişkən, Türkmənistanda erməni əsilli vətəndaşlar da az deyil. Bunu məlumat üçün dedik.
Gülsarə Kərimovna müstəqil Türküstan dövlətinin vətəndaşı olub, orada vəkillik fəaliyyəti ilə məşğul olub…
Təsəvvür edirsiniz, 2013-cü ildə, yəni keçmiş SSRİ-nin dağılmasından 22 il ötəndən sonra, bu qadın qəfildən Azərbaycana gələrək Suraxanı məhkəməsinin hakimi olub.
Birincisi, haqqında bu qədər yazılanlara baxmayaraq bu qadın bu günədək hansı ölkənin vətəndaşı olduğunu açıqlamır. Niyə ?
İkincisi, bu qadın niyə milli mənsubiyyəti ilə bağlı suallara cavab vermir ?
Üçüncüsü, bu qadın hansı dövlətin dilini bilir, hansı dildə danışır ?
Bu qadının birdən-birə Türkmənistandan gəlib məhkəmə hakimi, sonra da məhkəmə sədri olması ciddi məsələdir.
Bu məsələni Təhlükəsizlik orqanları ciddi araşdırmalıdır.
Düzdür, daxil olan məlumatlara görə, Gülsarə Kərimovna PA sabiq rəhbəri Ramiz Mehdiyevin arvadı Qalina Yuryevna ilə qohumdur. Məgər Ramiz Mehdiyevin arvadının qohumu olmaq əsas verir ki, ölkə konstitutsiyasını pozub əcnəbi vətəndaşı Zəngilan məhkəməsinə sədr təyin edəsiniz ?
Bütün bunları bir kənara qoysaq belə, elə məsələlər var ki, üstünə getməmək olmur.
Məsələn, Gülsarə Kərimovna Zəngilan rayon məhkəməsini sanki bazara döndərib. Kağız üzərində boşanmalar ilə özü və “kvartet”i pullar qazanır, dövlətin büdcəsinə isə milyonlarla ziyan dəyir.
Ötən dəfə qeyd etdiyimiz kimi məcburi köçkün ər-arvad kağız üzərində, yəni formal boşanır və hər ikisi dövlətdən ayrılıqda mənzil alır.
Yuxarıda qeyd etdiyimiz kimi Gülsarə Kərimovna bu əməlləri təkbaşına törədə bilməz. Obrazlı desək, Gülsarə Kərimovna kontrabasda tək çala bilməz.
Onun baş məsləhətçisi, rayon məhkəməsinin məsləhətçi ştatının “zanit” edən Vüsalə Sabir qızı Atakişiyevadır.
Gülsarə Kərimovna dövlət dilimizi bilmədiyi üçün bütün qətnamə və qərarları Vüsalə özü istədiyi kimi hazırlayıb Gülsarənin masasının üstünə qoyur. Və “şirinliyi” də yanında.
Vüsalənin hüquqi səviyyəsi ibtidai sinif şagirdinin bilgisi qədərdir. Allah qoymasa, Vüsalə indi də vəkil olmağa hazırlaşır. Görəsən hansı bədbəxtlərin başında “dəllək”lik öyrənəcək. Yeri gəlmişkən, Vüsalənin dəllək sözündən yaman xoşu gəlir...
Vüsalə yaxşı olar ki, vəkil olmadan öncə nikahsız böyüyən 2 övladının pozulmuş hüquqlarını müdafiə etsin. Əgər edə bilsə...
Vüsalə Atakişiyevanın həyat tərzi, şalvarını qısaldıb “ vəhabi qadın” ayaması alması, içkilərə meyilli, Həsən adlı şəxslə keçirdiyi “test imtahanları” maraqlı bir felyetonun mövzusudur.
Gülsarənin kvartetində əsas alətlərdən birində Ağamirzə Məmmədov çalıb-oxuyur.
Söhbət Zəngilan RİH-inin hüquq şöbəsinin müdiri Ağamirzə Məmmədovdan gedir. Ağamirzə də “Dəli Nəzərəm, belə gəzərəm” prinsipini əsas götürərək, Zəngilan camaatının hüquqlarını deyil, öz cibini müdafiə edir. Devin canı şüşədə olan kimi, Ağamirzənin də canı “botulka”dadır.
Ağamirzə və Vüsalə məhkəmə sədri Gülsarənin ətrafında sıx birləşərək özlərinin şəxsi maraqlarına uyğun qətnamələri məhkəmə sədrinə imzalatdırırlar.
Salyan rayonunda bir tədbirdə Ağamirzənin “içmişəm çaxır, gözlərim axır “ oxuması isə əsl rüsvayçılıq, dövlət məmuruna yaraşmayan biabırçılıqdır.
Kvartetin 4-cü üzvü isə Gülsarənin köməkçisi, sözün yaxşı mənasında ona sarılıb qaz verən Ağadır. Vəzifəsinin kiçikliyinə baxmayın Ağa məhkəmədə əməlli-başlı pullar qazanır.
Ağa ilə bağlı qısaca bir məlumat verək ki, onun genetik kimliyi bəlli olsun.
Deməli, Mahmudov Ağa Alqulu oğlu Gülsarə Kərimovnanın Suraxanı məhkəməsində sabiq sədri olmuş İlham Mahmudovun ( o, Ramiz Mehdiyevin bacısının kürəkəni Fikrət Mahmudovun) qardaşı oğludur.
Yenə Ramiz Mehdiyev...
Məlumat üçün qeyd edək ki, İlham Mahmudov hazırda Ağır Cinayətlər Məhkməsində hakimdir.
Ağanın digər əmisi Fikrət Mahmudov isə Nərimanov rayonunun prokuroru olub. Xatırlatma üçün qeyd edək ki, Fikrət Mahmudov vaxtilə Ağır Cinayətlər Məhkəməsinin hakimi olan Həsən Əliyevin dələduzluq əməlləri ilə bağlı cinayət işində adı keçirdi. Sonda Ramiz Mehdiyevin uzun əli onu quyunun dibindən çıxara bildi.
Kvartetin əməlləri barədə 40 gün 40 gecə danışsan da bitən deyil.
Ancaq bir məsələ maraqlı və vacibdir:
Həə, dostlar bir məsələni də nəzərinizə çatdırım ki, Zəngilanın azad olunması ilə bağlı cənab prezidentimizlə görüşə Ağamirzə Məmmədov, Gülsarə Kərimovna, Vüsalə Atakişiyeva da hazırlaşır. Ağamirzə Məmmədov isə həmişəki kimi camaatdan pul yığır ki, məktublarınızı verin cənab prezidentə çatdırım. Yenə Ağamirzənin çirkin işləri. Bu haqda sonra.
Görəsən, Ali Məhkəmə, Ədliyyə nazirliyi, Məhkəmə-Hüquq Şurası, Vəkillər Kollegiyası və digər dövlət qurumları hara baxır ?
P.S Gülsarə Kərimovnanın milliyəti ilə bağlı Türkmənistana sorğu göndərib, onun metirkasının surətini və arxiv sənədlərini istəmişik. Hörmətlı oxucular tezliklə əldə etdiyimiz məlumatları sizinlə paylaşacağıq. Ağamirzə Məmmədova bir məsələni xatırladaq. Saraydakı 10 sot üzərində tikdirdiyin torpağın sahibi səni axtarır, nə işdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.