Sumqayıt Tibb Kollecinin direktoru Rəfael Eyvazovun “ölü canlar”ı...

26-11-2021, 08:32           
Sumqayıt Tibb Kollecinin direktoru Rəfael Eyvazovun  “ölü canlar”ı...
Sumqayıt Tibb Kollecinin direktoru, Səttar Mehbalıyevin qohumu Rəfael Eyvazovun əməlləri.. - Rəfael Eyvazovun “ölü canlar”ı...
Kollec direktoru niyə 100 min ziyana düşdü...

Deməli, haqqında bəhs edəcəyimiz Sumqayıt Tibb Kollecinin direktoru Rəfael Eyvazov niyə hər yerdə deyir ki, “Məni 100 min ziyana saldınız”.
Öncə qısaca onu bildirək ki, Sumqayıt Tibb Kolleci əvvəllər mövcud olan Əziz Əliyev adına Tibb Texnikumunun əsasında yaradılıb.
Səhiyyə Nazirliyinin tabeçiliyində olan Sumqayıt Tibb Kollecində 4 ixtisas üzrə mütəxəsis hazırlanır.
Kollecin direktoru 2010-cu ildən Rəfael Eyvazovdur.
Bu adam Azərbaycan Həmkarlar Konfederasıyasının sədri, millət vəkili Səttar Mehbalıyevin qohumudur.
Rəfael Eyvazov kollec direktoru olmaqdan daha çox biznesmen, restoranlar sahibi kimi tanınır.
Rəfael Eyvazov kollecdə ölü canlar da saxlayır. Söhbət təkcə müəllimlərdən, tələbələrdən getmir.
Kollecin nəzdindəki kurslara adını yazdırıb gələ bilməyən tibb işçiləri direktora aylıq verir.
Deməli, bir neçə il əvvəl tələbələrin, müəllim kollektivinin xeyli müraciətindən sonra Səhiyyə Nazirliyi kollecdə yoxlamalara başladı və direktor Rəfael Eyvazov “şiddətli töhmətlə” canını qurtara bildi.
Amma çoxları bilmədi ki...
Bəli, Rəfael Eyvazov ondan şikayət edənlərə deyir ki, siz məni 100 min manat ziyana saldınız...
Görəsən adi kollec direktorunda 100 min manat haradandlr ?
İndi izah edək.
Deməli, kollecin direktoru Rəfael Eyvazov nizamnamə kapitalı 5 manat, 3 manat, hətta 2 manat olan MMC-ləri tapır və onlarla tender keçirib müqavilə imzalayır.
Təsəvvür edirsiniz 2 manat nizamnamə kapitalı olan MMC nə iş görə bilər ?
Bu MMC-lər qeydiyyatdan keçəndən bir həftə sonra tenderə buraxılır.
Bu MMC-lərin heç bir işçi qüvvəsi yoxdur.
Yəni hər şey kağız üzərində gedir.
Beləcə kollecin direktoru 8 MMC ilə müqavilə imzalayıb işə başlayır.
Guya kollecdə abadlıq-quruculuq işləri gedir, guya kollecə inventarlar alınır, guya nə isə...
Beləcə dövlətin ayırdığı milyonlar mənimsənilir.
İndi bildinizmi Rəfael Eyvazov necə 100 min manat ziyana düşüb.
Deməli, Səhiyyə Nazirliyi gəlib pulunu alıb gedib, şikayətçilərin ağzını tikib, yalandan direktora şiddətli töhmət verib.
Biz həmin MMC-lər barədə uzun-uzadı yazıb oxucunu yormaq istəmirik.
Bircə onu qeyd edə bilərik ki, nizamnamə kapitalı 3 manat olan MMC-yə 54 min manat pul keçirilib.
Bir fakta da nəzər salaq:
Bir ildə , yəni 2019-2020-ci il tarixdə Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğuları yolu ilə əsaslı təmir işləri, cari təmir işləri, abadlaşdırma, dəftərxana və təsərrüfat xərcləri, masın və avadanlıqlar, digər malların alınmasına 497 385, yəni YARIM MİLYON MANAT dövlət vəsaiti ayrılıb.
Görəsən, 2 manatlıq MMC-lərlə satınalma müqaviləsinin bağlanmasına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə yol verib?
Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğularında satınalmalar haqqında qanunun tələbləri kobud şəkildə pozulduğu açıq-aydın görsənir.
Görəsən, Respublika Hesablama Palatası və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu boyda cinayət əməllərini görmür ?
Bu artıq bizim səlahiyyətimizdə olan məsələ deyil.
gundelik baki.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.