Göygöl rayon Təhsil Şöbəsinin müdiri Salman Balakişiyevin «ŞARI» partladı...

5-05-2022, 16:27           
Göygöl rayon Təhsil Şöbəsinin müdiri Salman Balakişiyevin «ŞARI» partladı...
Ötən yazımızda Göygöl rayon Təhsil şöbəsinin müdir əvəzi Salman Balakişiyev haqqında yazımız dərc olunmuşdur. Şou-biznesdən fərqili olaraq Salman Balakişiyev mətbuatı cirkin əməllərinlə gündəmi zəbt edibdir.
Beləki "Xalqımızın BÖYÜK oğlu" Salman Balakişiyev Göygöl Təhsilini oğlu "Qəmlo" ləqəbli Bünyad Balakişiyevə həvalə edibdir, bu zalım oğluda Göygöl Təhsilini uçuruma aparır. Adı çəkilən Bünyad Balakişiyev rayon ərazisində iki özəl təhsil mərkəzi açaraq, atası Salman Balakişiyevlə Göygöl rayon məktəblərindən uşaqları dərsdən yayındıraraq hazırlıq kursuna yönəldirlər. Beləliklə də, istədiklərinə nail olub, gənclərimizi, şagirdlərin gələcəyini kölgə altına salırlar. Buna da dövlət qurumları susur. Daha doğrusu desək Salman Balakişiyev susdurur.

Görəsən nəyin qarşılığında susurlar?
Digər məlumata əsasən rayon mərkəzində və kəndlərdə saat 11:00 və 12:00 radələrində siniflərdə 1-2 uşaq olur, bunlar da aztəminatlı ailələrin uşaqlarıdır, hansı ki, onların valideynləri övladlarını yüksək məbləğlər qarşılığında Bünyad Balakişiyev təhsil mərkəzlərində oxutdura bilmirlər. Bir sözlə, Salman Balakişiyev prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətə kölgə salan məmurlardandır.
Salman Balakişiyev qısa müddətdə qanunsuz yollarla əldə etdiyi külli miqdarda vəsaitlər hesabına rayon ərazisində özünə və ailəsinə məxsus biznes şəbəkəsi qurmuşdur.
Təhsil müdiri əvəzi olan bu kiçik məmur deyilənlərə görə AXCP partiyasının üzvü olubdur. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılsa, o zaman aydın olar ki, Salman Balakişiyev vəzifə postunu tutmamışdan öncə, Göygöl xəstəxanasında balalıya-balalıya gəlibdir. Sonunda YAP-nın üzvü olubdur. Hal-Hazırdada Göygöl təhsil şöbəsində YAP-nın ərazi təşklat sədri kimi fəliyyət göstərir.
Dəfələrlə Təhsil Nazirliyinin müraciəti əsasında Baş Prokrorluğun Nadil kənd orta məktəbində korrupsiya əməlləri ilə bağlı apardığı araşdırma nəticəsində Salman Balakişiyev kobud qanun pozuntusuna yol verdiyi üçün intizam tənbehinə cəlb olunaraq, barəsində sonuncu xəbərdarlıq və şiddətli töhmət elan edilmişdir.
İntizam tənbehindən nəticə çıxarmayan Salman Balakişiyev qanunsuz fəaliyyətinə davam etdirməklə, Rayon Təhsilinə daha ağır zərbələr vurur. Bu da vətənə xəyanətə bərabərdir.
Təhsil şöbəsini “qara qutusu” ləqəbli Salman Balakişiyev eyni zamanda DİM-dən imtahandan müvafiq bal toplamayıb, nəticə əldə etməyən müəllimləri qeyri-qanuni, bilinməyəni yollarla işə düzəldən adam kimi tanınması ilə də məşhurdur. Hansı ki, həmin müəllimlərdən külli miqdarda rüşvət alaraq istənilən məktəbə yerləşdirdiyi çoxlarına bəllidir.
Bu yazımız partlayışdır, Göygöl Təhsil "şefi" Salman Balakişiyevin sonuncu şarını partladdıq.
Növbə gəlib aidiyyəti qurumlara. Təhsil Nazirliyi, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti Salman Balakişiyevin işlərini araşdırıb, nəticədə ciddi tədbir görməlidir.
Jurnalist Sevda Osman qızı...
Göygöl rayon Təhsil şöbəsi ilə alaqə saxlamaq istəsəkdə zənglərimizə cavab verən olmadı.
Teref.az yazır ki, jurnalist xanımın qaldırdığı iddialarla bağlı qarşı tərəfin mğvqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.