Neft daşlarında ACINACAQLI MƏNZƏRƏ - MÜRACİƏT

18-08-2022, 08:27           
Neft daşlarında ACINACAQLI MƏNZƏRƏ - MÜRACİƏT
"Bilmirəm xəbəriniz var, ya yox, Neft Daşlarında artıq bu ayın 10-dan etibarən isti (texniki) suyu da soyuq (guya "içməli") su kimi, hər dəfə 2-2,5 saat olmaqla gündə 3 dəfə verirlər". DİA.AZ bildirir ki, bu barədə Neft Daşlarında çalışan sıravi işçilər giley edir.

Daha sonra narazı işçilər bildirirlər: "Bu su dəniz suyudur, onsuz da düz-əməlli filtrasiya olunmurdu, indi bunu da çox görürlər işçilərə. İndi camaat işə gələndə "Pampers" alıb geyinsin, ya axşam 9-dan sonra səhərəcən tualetə getməsin ki, su yoxdur?

Biabırçılıqdır vallah, "Azneft" rəhbərliyi qabağa getməkdənsə, günü-gündən dala gedir. Özləri antisanitariya yaradırlar, sonra da Covid-lə mübarizədən danışırlar, camaatı hər dəfə Covid testindən keçirib dənizə göndərirlər".

DİA.AZ bildirir ki, buunla yanaşı Neft Daşlarındakı hazırki durum aşağıdakı kimi də xarakterizə olunur: "Başları "kadr islahatına", "bölgüyə" və s qatışan "Azneft" rəhbərləri! Neft Daşlarının işçiləri xahiş edir ki, Baş məsləhətçinizi, "müşavirlərinizi" də götürüb adaya gələsiniz və onların içdikləri sudan içib, kondinsionersiz otaqlarda yatasınız.

Platformalardan da neftçilər xahiş etdi ki, kondinsionerləri yanvarda alarsınız ki, az enerji işlənsin. Problemin günahkarı isə sizsiniz. Ona görə ki, əks osmos qurğusunun membranı yoxdu. Bunu almaq üçün isə sizin "şəffaf" satınalmalarınız geçikir. Kondinsionerlər kimi..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.