Niyazi Bayramovun sərvətini oğlu belə xərcləyir- 2 milyonluq maşın kolleksiyası FOTO

31-08-2022, 17:39           
Niyazi Bayramovun sərvətini oğlu belə xərcləyir- 2 milyonluq maşın kolleksiyası  FOTO
Atanın illərdir topladığı sərvəti övlad belə xərcləyir...
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramova məxsus 2 milyon manatlıq avtomobil kolleksiyasının fotoları sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

TEREF pravda.az-a istinadla xəbər verir ki, icra başçısının oğluna məxsus 10-BB-904, 10-OO-904, 10-KK-904, 10-ZZ-904, 10-TT-904, 10-AS-904 nömrəli “zerkalni” qeydiyyat nişanları diqqət çəkib.

Atası 1280 manat məmur maaşı alan B.Bayramov küllü-miqdarda vəsait tələb olunan nömrələri necə əldə edib?

Gəncə Şəhər İcra Hakimiyyətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələdə qarşı tərəf nə Gəncə Şəhər İcra Hakimiyyəti, nə də Nizayi Bayramovdur.

“Adıçəkilən vətəndaşın özü ilə əlaqə saxlasanız, daha doğru olar. Şəxs icra başçısının oğlu olsa belə, yetkinlik yaşına çatmış Azərbaycan vətəndaşıdır. Şəxsi həyatı, fəaliyyəti, işi olan bir insandır” – məlumatda qeyd olunub.






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.