Yusif Ələsgərovdan şok doğuracaq ETİRAF:"Mənim arxamda Ramiz Mehdiyev durur"
23-05-2016, 00:55
Ötən yazılarımızın birin də “Maliyyə Nazirliyinin yoxlamaları Yusif Ələsgərovu bitirəcək- ŞOK İDDİA” başlıqlı məqalə dərc etmişdik.
Xatırladaq ki, sonda bir necə xəbərin anonsunu verməklə növbəti yazılarımızda məqaləyə daha geniş yer verəcəyimizi qeyd etmişdik. Beləliklə anonslara bir-bir aydınlıq gətirmək üçün əməkdaşımızın apardığı araşdırmalarına nəzər yetirək:
1)Akif Çovdarovun Masazır qəsəbəsindəki istixanalara çəkilən 11 km su borusunu niyə məhz Yusif Ələsgərov üzərinə götürüb?
Məlum MTN olaylarından sonra bir çox qaranlıq məqamlara aydınlıq gətirildi. Belə ki, hadisələrdə daha çox adı hallanan general Akif Çovdarov ifşa edildi. MTN generalının cinayətlərdə iştirakı sübüta yetirilərək barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçildi. Tək Masazır qəsəbəsindəki istixanalarında və şəxsi türməsində baş verən işgəncələr yazdıqlarımızı təsdiqləyir. Bu barədə ölkə mediasında kifayət qədər məlumatlar yayımlandı. Əldə etdiyimiz məlumatlarda qeyd edilir ki, Masazırda Akif Çovdarova məxsus istixanalara və şəxsi türməsinə su çəkilişini “Azərsu” ASC deyil, Abşeron S.S.İ-nin rəisi Yusif Ələsgərov həyata keçirib. Niyə məhz Y. Ələsgərov? Faktın araşdırılması hüquq mühafizə orqanlarına aid olduğunu nəzərə alıb bəzi versiyaları açıqlayırıq. Mənbənin iddialarına görə, 11 km boru xətti Yusif Ələsgərov idarənin canlı quvvəsini cəlb edərək həyata keçirib. Bu yolla Akif Çovdarovla münasibət quran idarə rəisinin adı nədənsə istintaqdan kənarda qaldı. Bir sözlə, Y. Ələsgərov təhlükəsizliyini elə bu yolla əldə edib. Özü də məlumatın həqiqət olduğunu təsdiqləyir.
2)Abşeron S.S.İ rəisi Yusif Ələsgərov hər ay 10.000 avro hansı məmura “şapka” verir?
Sumqayıt şəhərində valyuta dəyişmə məntəqələri Yusif Ələsgərov üçün hər ay 10.000(min) avro toplayır. Artıq əldə etdiyimiz məlumatlar özünü tam doğrultmaq üzrədir. Beləlikə idarə rəisinə yaxın şəxslərin dəqiq məlumatlarına görə, toplanan avrolar Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə ötürülür. Hətda məclislərin birində Yusif Ələsgərov valyuta dəyişmə məntəqisinin sahibi ilə telefon əlaqəsi yaradaraq avronun məzəndəsi ilə maraqlanır. Üzün çəkən söhbət hər iki tərəfi qəzəbləndirir. Aralarında mübahisə sonda təhqirlə nəticələnəndən sonra Y. Ələsgərovun şəkəri qalxır. Məclisi yarımçıq tərk edən idarə rəisi təcili yaşadığı ünvana çatdırılır. Yaxınları daha sonra əlavə edir ki, Əhmədzadə hər ay yuxarıda qeyd etdiyimiz məbləği israrla tələb edir. Yusif Ələsgərov tələb olunan rüşvəti odəməyəcəyi təqdirdə ciddi cəzalanacağı gözlənilir. Elə bu səbəbdən qarşılıqlı “razılaşma” davam edir.
5) Bu yola Əhmədzadə niyə məhz Yusif Ələsgərovu vadar edir?
Bir zamanlar “Azərsu” ASC-dən qalmaqalla ayrılan Y. Ələsgərov sözün həqiqi mənasında yerini tapa bilmir. Görünür, böyük günahların cəzası gecdə olsa Yusif qağanı dözməyə vadar edir. Sonda idarə rəisinin aqibəti necə nəticələnəcəyi barədə hörmətli oxucularımıza məlumat veriləcək. O gün uzaqda deyil. Odur ki, bizi izləməyi unutmayın...
3)Yusif Ələsgərov Prezident Aparatında kiminlə isti münasibətdədir və bu münasibətlər dövlət büddəcisə nə qədər ziyan vurur?
Prezident Aparatında məsul vəzifədə çalışan xanım Yusif Ələsgərov üçün şərait yaradır ki, dövlət vəsaitini mənimsəsin. Bunun müqabilində Y. Ələsgərov külli miqdarda rüşvət verdiyini də gizlətmir. Bu məlumatın tam dəqiqliyini araşdırmalarımızdan sonra bəlli olacaq. Və həmən xanımın adı ictimayətə açıqlanacaq.
4)Abşeron S.S.İ-nə 20 nəfər "ölü can" hansı adla dövlətə xəyanət edir?
Abşeron S.S.İ –də “ölü can” kifayət qədərdir. İdarə rəisinin qanunsuz əmələri nə üçün Maliyyə Nazirliyi tərəfindən araşdırılmır. İdarənin daxilindən sızan məlumatlara inansaq Yusif Ələsgərov idarənin hər bir işçisinə 2-3 kart verərək öz şəxsi işlərinə cəlb edir. Məlumat vermişdik ki, onun Sumqayıt şəhərində obiyektlərini məhz idarənin işçiləri inşa etdirib. Lakin bu günlərdə 20 nəfər “ölü can” adı altında mənimsənilən dövlət vəsaiti haqda informasiya əldə etdik. Etiraf edək ki, Yusif Ələsgərov ona olunan təklifdən imtina edib. Lakin Əhmədzadənin təziyiqindən sonra məsələ müsbət həllini tapıb. Haqq gecdə olsa bərqərar olunacaq. Amma Yusif Ələsgərov və ona şərait yaradan şəxslər qanun qarşısında cavab verə bilməyəcək. Dosye.org olaraq bir daha nəzərinizə çatdıraq ki, məsələ ilə bağlı Maliyyə Naziri cənab Samir Şərifova rəsmi müraciət olunacaq.
7)Əhməd Əhmədzadənin etibar etdiyi idarə rəisi Sumqayıt şəhərində hansı funksiyaları yerinə yetirir?
Abşeron Suvarma İdarəsinin rəisi Yusif Ələsgərov 1 saat belə idarədə görən olmur. Minbir bəhanələrlə vəzifədən sui istifadə edən idarə rəisi gün ərzində Sumqayıt şəhərində “maklerlik” edir. Evlərin “alqı satqısı” və digər gəlirli işlərlə pul qazananın birisi neçə olur ki, dövlət qulluğçusuna çevrilib? Boş vaxtlarında isə “domino” oynamaqla işini bitmiş hesab edir. Etik normaları nəzərə alıb Yusif Ələsgərovun haralarda yüngül həyat tərzi sürdüyünə dair açıqlama vermirik. Amma Sumqayıt şəhəri 2 mk “Nurlan” şadlıq sarayın arxasında binanın sakinlərindən pul yığaraq onların kanalzasiya borularını dəyişdirəcəyinə dair vədlər verib. Hətda yığılan pulların Sumqayıt ŞİH-nin başçısı Zakir Fərəcova çatacağını bildirib. Sonradan sakinlər aldadıqlarını bilərək pullarını geri tələb edib. Yusif Ələsgərov isə “gizlənpaç” oynamaqla sakinlərin əsəblərini korlayıb. Bütün bu neqativ hallar Zakir Fərəcovun Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinə kölgə salır. İnanırıq ki, məsələnin ciddiliyini nəzərə alan icra başçısı Zakir Fərəcov sakinləri qəbul edəcək və onların problemləri istiqamətində müəyyən işlər görəcək.
Dosye.org olaraq məsələni diqqətdə saxlayırıq.
Qarşı təfəin fikirlərinə yer verməyəı hazırıq!
teref.az