Ramiz Zeynalova sensasiyalı müraciət- Şantaj… Rüşvət… Və təqib…
23-05-2016, 10:13
Qanunsuz şəkildə əhalinin əkin sakhələrinə gedən yollarda pusqu quran Azad Məmmədyarov faktiki olaraq əhali ilə yolkəsən quldur kimi davranır.
Neftçala rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Azad Məmmədyarov Neftçalada sosial partlayış yaradır. Əhali “bıçaq sümüyə” dayanıb deyir.
Azad Məmmədyarovun əlindən əkin sahələrinə gedə bilməyən Neftçala sakinləri Daxili İşlər naziri Ramil Usubova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeyqalova müraciət edərək Neftçala rayon Dövlət Yol Polisi Şöbəsinin rəisinin qanunsuz əməllərinə son qoymağı tələb edirlər. Əks təqdirdə sakinlər Bakıda aksiya keçirəcəklərini və Neftçalanın bir nömrəli “problminə” çevrilən rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Azad Məmmədyarov adıl problemini ölkə başçısının diqqətinə çatdırmaq üçün bütün vasitələrə əl atacaqlarını bildirirlər.
Neftçala rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Azad Məmmədyarov əkin sahələrinə gedən əhalinin qara kabusuna çevrilib. Bu barədə Neftçaladan AzMedia.info-ya Neftçala sakinlərindən daxil olan məlumatda bildirilir ki, cənab Məmmədyarov çöl yollarında davamlı olaraq reydlər keçirir və şəxsən əkin sahələrinə gedən nəqliyyat vasitələrini saxlayaraq onlardan pul tələb edir. Heç kimin “göz yaşlarına” baxmayan Neftçala rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Azad Məmmədyarov şəxsi avtomobilləri ilə, xüsusi ilə traktorlarla və motoskitetlərlə əkin sahələrinə gedən sakinləri saxlayaraq onlardan sürücülük vəsiqəsi və başqa sənədlər tələb edirlər. Sürücülük vəsiqəsi olduqda belə Azad Məmmədyarov şəxsən sakinlərdən rüşvət tələb edir. Rüşvətin məbləği isə 100 manatla 50 manat arasında dəyişir.
Şikayətçilər bildirirlər ki, Azərbaycanın ən kasıb rayonlarından biri olan Neftçalada əhalinin əsas qazanc yeri əkin-biçin və heyvan-qara saxlamaqdır. Çox çətin vəziyyətdə yaşamalarına baxmayaraq müxtəlif dövlət qurumlarında çalışan vəzifəli şəxslər onların son qəpiyini də əllərindən alırlar. Hazırda onsuzda yonca presslərini maya dəyərindən aqağı qiymətə satan əhali siddi sosial çətinliklərlə üzləşiblər. Bu çətin vəziyyətdə isə rayona yeni təyin olunan Dövlət Yol Polisi Şöbəsinin rəisi Azad Məmmədyarov əhalinin “Əzrayılına” çevrilib. Belə ki, gəldiyi gündən asfalt yollarda heç kimə göz açmağa imkan verməyən Azad Məmmədyarov indi də çöl yollarının qəniminə çevrilib. Qanunsuz şəkildə əhalinin əkin sakhələrinə gedən yollarda pusqu quran Azad Məmmədyarov faktiki olaraq əhali ilə yolkəsən quldur kimi davranır. Və qarşısına çıxan hər kəsdən rüşvət tələb edir. Tələb olunan rüşvəti ala bilmədikdə isə rəis nəqliyyat vasitəsini idarəsinə aparır və cərimə meydançasına qoyur. Sakinlər bildirirlər ki, Azad Məmmədyarov onları rəsmən terrora məruz qoyur.
Elə bu üzdən də saytımıza müraciət edən bir qrup Neftçala sakini Azərbaycan Respublikası Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general mayor Ramiz Zeyqalova müraciət edərək Neftçala rayon Dövlət Yol Polisi Şöbəsinin rəisinin qanunsuz əməllərinə son qoymağı tələb edirlər. Sakinlər bildirilər ki, artıq onlar birmənalı şəkildə Azad Məmmədyarovun qanunsuz əməllərindən, şantaj və təzyiqlərindən vəzifəli adamın terrorundan cana doyublar. Onların müraciətinə cavab verilməyəcəyi təqdirdə isə şikayətçilər Bakıda aksiya keçirəcəklərini və Neftçalanın bir nömrəli problminə çevrilən rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Azad Məmmədyarov adıl “problemini” ölkə başçısının diqqətinə çatdırmaq üçün bütün vasitələrə əl atacaqlarını bildirirlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.