"Plaket" Rəhman Naxçıvanın məktəb direktorlarından hər ay nə qədər pul alır?

4-01-2023, 09:25           
"Plaket" Rəhman Naxçıvanın məktəb direktorlarından hər ay nə qədər pul alır?
Naxçıvanın bir Təhsil naziri var – Rəhman Məmmədov El arasında adına “Plaket Rəhman” da deyirlər. Bu cür təmtəraqlı ad alması səbəbsiz deyil. Adam Nax. MR Təhsil Nazirliyinin yanından keçən hər kəsi plaketləşdirib ( yəni fəxri fərman verib) yola salırmış
Bəs "Plaket" Rəhman kimdir?
Rəhman müəllim Təhsil naziridir, amma ömründə bir dəfə də olsun sinifə girməyib. Daha doğrusu, müəllim kimi girməyib. Şagird, tələbə kimi parta arxasında oturub. Oxuyub-oxuyub iqtisadçı olub.
Əmək fəaliyyətinə Sosial Təminat Nazirliyində başlayıb. Ordan Naxçıvan MR Ali Məcisinə sıçrayan Plaket Rəhman Vasif xanın Humanitar siyasət və ictimai təşkilatlarla iş məsələləri üzrə başbiləni olub. 2018-ci ildə qibleyi-aləmin fərmanı ilə birdən-birə Təhsil Nazirliyinə nazir vəzifəsinə sıçrayıb. Bir gün belə pedaqoji stajı olmadan.
Təəccüblənməyin, Rəhman Məmmədov həm də Naxçıvan MR Atletika Federasiyasının sədridir. Yəni yuxarıya və uzununa hoppanan atletlərə Rəhman müəllim baxır. Gərək özü həmin atletlərə nümunə göstərə ki, onlardan da yaxşı hoppanmaq tələb edə. Görünür, bu mənəvi hüququ əldə etmək üçün Rəhman müəllim Sosial Təminat Nazirliyindən Ali Məclisə, Ali Məclisdən Təhsil Nazirliyinə hoppana-hoppana gəlib çıxa bilib. Həm də elə hoppanıb ki, Naxçıvanda hansısa məktəbin hava sahəsini belə pozmayıb.
Rəhman müəllimin bir də elə bir özəlliyi var ki, hoppanma sənətində ona güc verən bu qabiliyyəti olub. Söhbət maaş verilən zaman əyan-əşrəfinə məktəb direktorlarını soydurmaq yetənəyindən gedir. Hər halda bu iddianı biz yox, Rəhman Məmmədovun qəzəbinə tuş gələrək Naxçıvandan didərgin salınan Emin Əsgərov irəli sürür.
Xatırladaq ki, Elmin müəllim məktəblərdə yeni yaradılmış STEAM tədrisi ilə bağlı müəllimlərə praktiki təlimlər verib. MR Təhsil Nazirliyi tərəfindən əmək haqqı ödənilməyən Elmin müəllimin öz hüququnu tələb etməsi nazir Rəhman Məmmədovun qəzəbinə səbəb olub və bu cəsarət təcrübəli bir pedaqoqun müəllimliyinə xitam verilməsi ilə nəticələnib. Daha sonra Elmin Əsgərov Bakı şəhərinə sürgün edilib.
Emin Əsgərovun sosial şəbəkələrdə paylaşdığı yeni statuslarını təqdim edirik.
Heydər Oğuz
Teref.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.