Piyadanı vurdu, xəstəxanaya aparanda yolda özü də öldü

Bu gün, 09:38           
Piyadanı vurdu, xəstəxanaya aparanda yolda özü də öldü
Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TEREF APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Ağır xəsarət alan piyada təcili tibbi yardım məqsədilə Gəncə şəhərinə aparılıb.

Lakin yaralını xəstəxanaya aparan sürücü yolda qəfildən halı pisləşərək Gəncə şəhərində sükan arxasında ölüb. Ağır xəsarət alan piyada da xəstəxanada keçinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru