Almaniyanın müdafiə naziri: "Qoşunlarımız rusiyalı əsgərləri öldürməyə hazırdır"

Bu gün, 08:56           
Almaniyanın müdafiə naziri: "Qoşunlarımız rusiyalı əsgərləri öldürməyə hazırdır"
"Əgər Rusiya NATO ölkələrinə hücum etmək qərarına gələrsə, Almaniya qoşunları rusiyalı əsgərləri öldürməyə hazırdırlar".

Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius "Financial Times" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Almaniya buna qədər "hərbi təmkinlilik" siyasətinə sadiq qalıb, amma Rusiya ilə müharibə halında ölkəsi "güc mövqeyi"ndən dialoq aparmağa hazırdır:

"Kimi isə qorxutmaqdan ötrü yox, nəyə qadir olduğumuzu başa salmaq üçün buna hazırıq. Biz sizinlə sülh şəraitində yaşamaq istəyiyirik, amma zəif olduğumuzu və ya müdafiə olunmayacağımızı düşünməyin".

O qeyd edib ki, Almaniya Fransa, Böyük Britaniya və ABŞ kimi NATO-nun şərq cinahına - Baltikyanı ölkələrə və Polşaya dəstək üçün hərbi güc ayıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru