NATO Baş katibi: Ukrayna həqiqətən böyük miqdarda hərbi texnika ala bilər

15-07-2025, 07:14           
NATO Baş katibi: Ukrayna həqiqətən böyük miqdarda hərbi texnika ala bilər
Ukrayna hava hücumundan müdafiə, raket və sursat üçün həqiqətən böyük miqdarda hərbi texnika əldə edə bilər.
BBC xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, bu, Ukrayna üçün əla xəbərdir və Prezident Trampa təşəkkür edib.

NATO Baş katibi Trampın Ukraynanın Rusiyaya qarşı müdafiə olunmaq qabiliyyətini qoruyub saxlamasına imkan yaradan qərar verdiyini söyləyib və əlavə edib ki, bunun əvəzini avropalılar ödəyəcək. Tramp isə bunu tamamilə məntiqli adlandırıb.

Bunun NATO sammitinin böyük uğurunun davamı olduğunu deyən Rutte avropalıların aktivləşdiyini əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru