Tbilisidə yaşayış binasında uçqun oldu, ölən və xəsarət alanlar var

15-07-2025, 08:34           
Tbilisidə yaşayış binasında uçqun oldu, ölən və xəsarət alanlar var
Gürcüstanın daxili işlər naziri Gela Geladze və Tbilisi meri Kaxa Kaladze şəhərdə bina uçqunu baş vermiş ərazidə olublar.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında hadisə nəticəsində bir nəfərin öldüyünü təsdiqləyib.

Onun sözlərinə görə, xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.

G.Geladze hadisə ilə bağlı araşdırmaların aparıldığını qeyd edib.

K.Kaladze isə jurnalistlərə müsahibəsində bildirib ki, bina 5-ci dərəcəli qəzalı vəziyyətdə olub. Merin sözlərinə görə, tikilinin bərpası mümkünsüz olub və sakinlər bunu bilirdilər. O, binanın demontaj edilməsi üçün bütün sakinlərin razılığının əldə edilmədiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru