Qazimiz Azəriqaz İB-nin sədrinə müraciət etdi: "Sizi və komandanızı növbəti "Qazinin evini qazlaşdırdıq " kompaniyasına dəvət edirəm."
7-01-2023, 11:19
Teref.az yazır ki, ehtiyatda olan zabit, qazi Abuzər Əbilov Azəriqaz İB-nin sədri Ruslan Əliyevə müraciət edib. Qazimiz sədrə müraciətində deyir:
"Yadınızdadırmı?
Yaxın günlərin birində #AzəriqazİB də açıq qapı günündə bir jurnalist qız, evdə olmadıqları halda onların sayğacının sərfiyyat yazısına , elə bu İB -nin səlahiyyətli məmuru nə cavab vermişdi?
Yəni dediyi o idi ki, evdə çıxıb bazara gedəndə Azəriqaz İB məlumatlandırın ki, sayğac sərfiyyat yazmasın.
Gülməlidir deyilmi? Yəqin İB rəhbəri Ruslan müəllim həmən məmura " qulaqburması" verdi ki, " ada nə sərsəmləmisən, o dee sosial şəbəkə sənin sərsəmləməndən partlayır".
Ruslan müəllim mənim müşahidəmə görə əvəlki İB-nın sədrindən daha adekvat insana oxşayır. Maşallah olsun TV lərdən qaçmır. Özünün (özünün olmasa da) FB səhifəsi var. Kim işlətməyindən fərqli olmayaraq hər gün bir kino-klip qoyulur bu səhifəyə. Belə etdik, elə etdik, Azəriqaz olan yerdə dünya gülür, bülbüllər oxuyur, Trubalar rəqs edir, qaz gül açır və s.
Kinoların çoxu da " Qazimizin evini qazlaşdırdıq" dır. Ola bilir. Yəni şəkk eləsəm kafir olaram. Azərlotoreya da gündə deyir ki "filankəs kağızı pozdu, içindən filan qədər para çıxdı". Nəbilim vallah.
Amma ay Ruslan müəllim, kino ilə həyat tamam başqadır.
Niyə ? Bax mən bir bir ərz edim Sizdə imkan olsa özün qulaq asın, olmasa mətbuat katibi Eldənizə deyin ki, qulaq assın:
-Mən bu dövlət və dovlətçilik üçün bütün ömrümü ,həyatımı verdim. Azərıqazın bir sıra məmurları kimi evladımı da əsgəri xidmətdən yayındırmadım. Bu dövlət də mənə Qazi adı verdi, özü də sənədli sübutlu."
Daha sonra başına gələnləri nəql edərək davam edir:
"-Elə bu dövlətin qanunu ilə, sənədli sübutlu bir ev tikdim. Azərişıq sənədli sübutlu işıq, Azərsu su çəkdi.
-İş gəldi dirəndə Sizin İB -nə və burada truba əyri getdi. 100 dəfə müraciət, 100 xahiş minnət, amma heç bir nəticə. Hər dəfə gəlib turbaların qarşısında selfi çəkib getdilər. Məyər Azəriqazda selfi klubu açılıb? Gələn telefonla şəkil çəkir, sonra tozunu da tapa bilmirsən.
-Ana xətdən 100 metr aralıda olan küçə və evə " layihədə yoxdur" deyərkən, sonradan 3000 manata "çəkərik" deyəndə, Sizcə layihə doğulur və həyata gəlir?
-Əyər ana xətti 3000 manata mənim evimə qədər, 3000 manata qonşuya və beləcə 3000 manatlı mərhələli küçənin başına çəkmək olursa, o zaman Azəriqazın adındakı İB ni dəyişib MMC ya kommersiya təşkilatı adı qoymaq düzgün olmazdımı?
-Ruslan müəllim, səhifənizdəki kliplərin həqiqiliyinə inanmaq üçün, Azəriqazın da Azərlotoreya olmadığını mənə isbat üçün Sizi və komandanızı növbəti "Qazinin evini qazlaşdırdıq " kompaniyasına dəvət edirəm. O zaman mən və məni tanıyan 10 000 lə əsgər və zabit inanar ki, bu sadəcə toy klipinə oxşar kino yox-həqiqətdir.
-Mən adekvat adamam, burada 3000 manatın rüşvət yaxud başqa dedi qodu olduğuna iftira atmaram, çünki bu işin de yuresindən hələlik ki xəbərim yoxdur.
Hələlik isə DƏVƏT AÇIQ QALIR.
SÖZ SİZDƏ.
Abuzər Əbilov"
Teref.az olaraq bizdə ümid edirik ki, qazimizin müraciəti eşidiləcək!
Teref.az
-