Naxçıvan MR Xəstəxanasını son bir ildə tərk eden həkimlərin sayı 27-yə yüksəldi

20-01-2023, 10:06           
Naxçıvan MR Xəstəxanasını son bir ildə tərk eden həkimlərin sayı 27-yə yüksəldi
Naxçıvan MR Xəstəxanasında son zamanlar ciddi ajiotaj yaşanır.

TEREF.AZ bildirir ki, Ovqat.com-un əldə etdiyi məlumatlara əsasən, bir ilə yaxındır, sığorta maaşi almayan həkimləri xəstələrdən pul almağa vadar edirdilər.

Naxcivan MR-da aparılan struktur dəyişikliklərindən sonar isə Səhiyyə Nazirliyindən xəstələrdən əlavə ödənişlərin alınmamasiyla bağlı tapşırıq verilib. Nəticədə xəstə sayında bir neçə dəfə artış olub ki, bu da həkim çatmamazlığı probleminə yol açıb, həkimlərin iş yükünü kəskin artırıb. Nəticədə həkimlər iş saatından əlavə işləməyə məcbur edilir, əlavə növbələrə salınır, hətta növbədən çıxan həkimlər belə evə buraxılmırlar. İstirahət günləri növbəyə cəlb olunan həkimlərə isə ertəsi gün də istirahət verilmir.

Əmək Məcəlləsində qeyd olunan iş yükündən artıq işləyən həkimlərə əlavə ödənişlər də verilmir. Növbə pulu, yuxu pulu, işdən sonra çağırılan həkimlərə spesifik ödəniş, əlavə sığorta ödənisi və s. heç bir haqq ödənilmir. Nazirlər Kabinetinin 2020-ci ildə İTS haqqında qəbul olunmuş qanunda tibb işçilərinə əmək haqlarına olan əlavələrin ödənişi Naxçıvanda həyata keçirilmir. Aqresaiv xəstə kütləsi, maddi sıxıntı, düzənsiz iş rejimi həkimləri tamamən bezdirib. Aidiyyati orqanlardan kömək gözləyən həkimlər vəziyyətin düzəlmədiyini qənaətinə gəldikcə sürətlə xəstəxananı tərk edirlər.

Son bir ildə Naxçıvan MR Xəstəxanasın tərk etmiş həkimlərin siyahısı.

1.Qoçəli həkim (Rentgenoloq);

2.Zakir həkim (Nevroloq);

3.Cəbi (Cərrah);

4.Abbas (Pulmonoloq);

5.Elşən (Travmatoloq);

6.Tahirə (Reanimatoloq);

7.Adil (Travmatoloq);

8.Həbib (Cərrah);

9.Mahmud (Travmatoloq);

10.Vuqar (Travmatoloq);

11.Xalidə (Hematolog);

12.Ruslan (LOR həkimi);

13.Anar (Uroloq);

14.Vusal (Uroloq);

15.Həsən (Uroloq);

16.Nurməmməd (Proktoloq)

17.Gulu (LOR)

18.Xursud (Cərrah)

19.Mahir (Cərrah)

20.Sevil (Terapevt)

21.Rövşən (Oftalmoloq)

22.Miryusif (Terapevt)

23.Elxan (Cərrah)

24.Gunel (Qastroenteroloq)

25.Şamxal (Reanimatoloq)

26.Aygun (Nevroloq)

27.Arzu (Radioloq)

Bildirilir ki, ağır iş rejimində işləyən azsaylı həkim qalıb ki, onlar da vəziyyətin düzəlmədiyini görüb qisa zamanda işlərin tərk etməyi düşünürlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.