Yaşar Həsənov nə üçün həbs olunmadı..? - “İstismar müddəti başa çatmış” Yaşar Həsənov getdi...

3-02-2023, 11:54           
Yaşar Həsənov nə üçün həbs olunmadı..? -
Amma “Azəristiliktəchizat”da problemlər qalmaqda davam edir...
İlham Mirzəliyev Yaşar Həsənovdan qalma problemləri aradan qaldırmağa çalışır, amma... Haqqında bəhs edəcəyimiz “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti haqqında qısaca onu qeyd edək ki, qurum “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında ”Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və vəzifəsi Bakı şəhərində və Respublikanın Regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir. “Azəristiliktəchizat” ASC ölkəmizin 60-a yaxın şəhər və rayonunda 184 minə yaxın mənzil, 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə müəssisəsi və 2230 digər sosial və təsərrüfat obyektlərini istiliklə təmin etməlidir.
Gəlin görək təmin edə bilirmi..? Bu məqamda cənab Prezidentin dediyi cümləyə istinad edək: “Biz “Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.” Problem aradan qalxdımı..?
Həə, indi gələk mətləb üstünə. Belə ki, 2006-2013-cü illərdə dövlət büdcəsindən bu quruma 110 milyon manat ayrılıb. 2013-cü il üçün bu quruma 25 milyon manat vəsait yönəlib. 135 milyon vəsait hara gedib..? Hər il söz verirlər ki, ASC qışa hazırdır. Amma, dekabr, yanvar ayında sakinlər istilik üzünə həsrət qalırlar.
Təsəvvür edirsiniz, bu qurum cəmi 6 ay işləmədir, yəni noyabrın 15-dən aprelin 15-nə kimi. Amma nəinki noyabr, heç dekabrda istilik gəlmir. Məktəblərdə, uşaq bağçalarında, xəstəxanalarda istilik olmur.
Bilənlər bilir ki, Rusiyada 20-30 dərəcə şaxta olanda belə binaların mənzilləri deyil ee, “podyezd”lər istidən buğlanır. Bəs bizdə niyə şaxta-filan olmaya-olmaya insanlar evlərində donur, xəstəlik tapırlar. Hələ bu harasıdır..? Keçənil məlum oldu ki, ASC-nin 41 milyon manat borcu var. Bu məbləğin 25 milyon manatı “Azəriqaz”a olan borc idi. Ən dəhşətlisi odur ki, bu borcun böyük hissəsini dövlət ödəməli oldu.
Məlumdur ki, “Azəristiliktəchizat” ASC 2005-ci ildə yaranıb və həmin vaxtdan, 7 fevral 2022-ci ilədək Yaşar Həsənov quruma rəhbərlik edib.
Onu da qeyd edək ki, Yaşar Həsənov Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun ən yaxın adamı olub, yəni onun kadrı idi. Bir soruşan olmadı ki, bu borcu niyə dövlət ödəməlidir..? Qoy Yaşar Həsənov oğlunun 300 min manatlıq avtomobilini, villasını satıb ödəsin də.. 17 il ərzində Yaşar Həsənov ASC-nin adından saxta tenderlər keçirərək milyonlara sahib olub. Və nəticədə ASC borc içərisində batır. Yəqin ki, çoxlarının yadında olar ki, ötən qış 25 milyon qaz borcuna görə Azəriqaz ASC-yə qaz verməkdən imtina edirdi. Sonda dövlət məcbur olub borcu ödəmli oldu. Bəli, Yaşar Həsənov bütün qanunları pozaraq vergi borcu olan şirkətləri tenderdə qalib elan edirdi. Ancaq məlumdur ki, vergi borcu olan şirkətlər tenderdə iştirak edə bilməz. Təsəvvür edirsiniz ASC-nin hər bir rayonda idarəsi fəaliyyət göstərir. ASC-nin saytına girib baxıram.
Təsəvvür edirsiniz, ASC sədrinin İSLAHATLAR üzrə MÜŞAVİRİ vəzifəsi var. Ay adamlar, nə islahat, nə müşavir, qazanxanaya, nə bilim istilik turbalarına nə islahat..? Bax, beləcə milyonları basıb yeyirlər, milyonlar qazanırlar. Və sonda rahatca canlarını qurtarıb gedirlər, oğurladıqları milyonları rahatca xərcləməyə.
Bəli, 1 il öncə, yəni 7 fevral 2022-ci il tarixdə cənab Prezidentin sərəncamı il 17 il ASC-yə sədrlik etmiş Yaşar Həsənov vəzifəsindən azad edildi. Və yerinə müvəqqəti olaraq onun müavini İlham Mirzəliyev təyin edildi.
Görəsən, ölkənin müvafiq dövlət qurumları nə üçün Yaşar Həsənovun 17 illik yarıtmaz fəaliyyətini yoxlayıb mənimsədiyi milyonları büdcəyə qaytarmadılar..? Nə üçün Yaşar Həsənov həbs olunmadı..?
İndi gələk hazırkı duruma. Yenə ASC sakinləri istiliklə normal təmin edə bilmir. Biz başa düşürük ki, ASC-nin sədri vəzifəsini müvəqqəti olaraq cənab İlham Mirzəyev 5-6 ayda köklü müsbət dəyişikliyə nail ola bilməz. Düzdür, İlham Mirzəliyev yerlərdə sakinlərlə görüşür, problemləri aradan qaldırmağa çalışır. Amma yenə İlham müəllimə müraciət edirik ki, heç olmasa, gündə 3-4 saat normal istilik verin, insanların durumunu anlayın. Gundelik Baki.com/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.