Vasif Talıbovun ayaqları Naxçıvandan kənara çıxmışdı... Qolları isə Naxçıvandan Şəkiyə, Şirvana, Qusara qədər uzanmışdı....
7-02-2023, 08:54
Vasif Talıbovun Şirvandakı dostları gecələr yata bilmir...
Müdrik atalar əbəs yerə deməyib ki, ayağını yorğanına görə uzat....
Dilimizdə başqa bir maraqlı deyim də var: Əluzunluq eləmə...yəni hara gəldi başını soxma, əlini uzatma ..
Sözün düzü, Naxçıvanın keçmiş şefi Vasif Talıbov barəsində yazılanlara birmənalı yanaşmıram...
Amma düşünürəm ki, Vasif Talıbov boyundan yuxarı tullanmaq istəyənlərdən biri idi ... Ümumiyyətlə, hər bir insan öz təbii koordinaltlarına, boyuna-buxununa ( məcazi mənada ) uyğun hərəkət etməlidir. Vasif Talıbovun az-çox zəhmətinə, xidmətinə uyğun olaraq zamanında Ulu Öndər, sonra cənab Prezident İlham Əliyev artıqlaması ilə qiymət, dəyər veriblər. Görünür bu adamda başgicəllənmə, özünə vurğunluq, nə bilim daha nəsə yaranıb. Biz yuxarıda əbəs yerə yazmadıq ki, ayağını yorğanına görə, uzat....əluzunluq eləmə... Çoxları elə bilir ki, Vasif Talıbov ancaq və ancaq atını Naxçıvanda köndələn ora-bura çapırmış.... Əsla belə deyil. Vasif Talıbovun “uzantıları” zaman-zaman ortaya çıxacaq.
Biz məmurlar arasında dostluğun, yoldaşlığın əleyhinə deyilik. Və Vasif Talıbovun da dostlarına anlayışla yanaşırıq. Kimlərsə Vasif Talıbovun hesabına milyonlara sahib olub, kimlərsə onun sayəsində mühüm dövlət vəzifələrində oturub, kimlərsə özünə karyera qurub... Hətta bəzən nəinki dost münasibətlərini, hətta qudaların vəzifələrdə olmasını, qohumluq əlaqələrini də xüsusi olaraq vurğulayırlar... Nə edək ki, bəşəriyyət min illərdir ki, belə münasibətlərə üstünlük verir. Peyğəmbər əfəndimiz buyururdu ki, insanlar Allahın qarşısında darağın dişləri kimi bərabərdir. Amma nə etməli ki, bu məsələ vəzifəyə, hakimiyyət məsələsinə aid deyil.
Nə isə əsas mövzudan uzaqlaşmayaq. Bir şəhərin timsalında apardığımız xırda bir araşdırma ümumi mənzərəni ortaya qoyur. Və Vasif Talıbovun, onun oğlanlarının qollarının hara qədər uzandığını göstərir.
Bəli, indi sizə təqdim edəcəyimiz şəxslərin vəzifələrinə və qohumluq, dostluq əlaqələrinə fikir verin.
Birinci Şirvan Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayevdən başlayaq. Bu şəxsin qardaşı Göyçay rayonunun hərbi prokurorudur. Digər vəzifə daşıyan qohumları da var. Bəlkə, bu Abdullayevlər bu vəzifələri ağılları, istedadları hesabına əldə ediblər..? Əsla yox. Vasif Talıbovun əli bu qardaşların arxasında, kürəyində olmasa idi...indi Allah bilir ki, harada milçək qovurdular. Şirvanda hökm sahibi olanlardan biri də Şirvan şəhər prokuroru Kamal Talıbovdur. Kamal Talıbov da qazandığı karyerasına görə, həmişə Vasif Talıbova minnətdar olub. Şirvanda Vasif Talıbovun özünün deyil, oğlu Rza Talıbovun dostlarından biri də Nurbalanın oğlu Vüsaldır. Mirzəyev Nurbala Bəybala oğlu Hacıqabul Rayonu İcra hakimiyyəti Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir. Onun oğlu Mirzəyev Vüsal Nurbala oğu isə əvvəl Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini idi, indi isə Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisinin müavinidir. Və Rza Talıbovun yaxın dostudur.
İndi gördünüzmü, bir rayonun timsalında Rza Talıbovun qollarının hara qədər uzandığını göstərdik. Biz kimlərinsə dostıuğuna siyasi və digər rəng qatmaqdan uzağıq. Amma Vasif Talıbovun aqibətindən sonra, deyirlər dostları gecələr yata bilmir, öz aqibətlərini düşünürlər...
gundelik baki.com