Samuxda meşəyə qənim kəsilən KİMDİR? - NAZİRİN NƏZƏRİNƏ... VİDEO
7-02-2023, 09:19
2016-cı ildən etibarən Samux rayonunda Kürqırağı kəndlərin qazlaşdırılması çərçivəsində meşələrdən odun qırıb gətirilməsinə son qoyulmasına baxmayaraq meşələrimiz bəzi işbazlar tərəfindən yenədə talan edilir.
Bu haqda Dünyanınsəsi.az saytına Samux rayonun Qırmızı Samux qəsəbəsinin sakinləri tərəfindən video və fotofaktlar göndərilib.
Qəsəbə sakinlər bildirilər ki, kür çayının sağ sahilində yerləşən Qayaqıran meşə zolağı bir qurup işbazlar tərəfindən gecə və gündüz talanaraq tarkor və kamazlarla daşınır.Dəflərlə 10 saylı Gəncə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə eləcə də Şəmkir Regional Meşə Təsərrüfatı idarəsinin meşə mühavizəçisnə məlumat versələrdə heç bir rəsmi tədbir görülmədiyini bildirirlər..
Şikayətçilər onu da qeyd edirlər ki, bir traktor yaxud kamaz yüklü dolu odunun ərazidən çıxarılması üçün 200 manat taksa qoyulub.Bu pulun 100 ekologiya 100-ü isə polisə verilildiyi iddia edilir.
Yuxarıda qeyd etdiklərimiz faktları Yenikənd su anbarının körpüsü üzərində olan Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerasına baxılarsa öz təsdiqini tapmış olar.
Hər il meşələrin inkişafına və mühavizəsinə dövlət büdcəsindən mln-la vəsait xərclənirsə, nədən Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru eləcə də ərazi ekologiya idarəsinin rəhbərliyi bu cür meşə talanlarına göz yumurlar?
redaksiya olaraq inanırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti eləcə də sayn nazir Muxtar Babyev təqdim etdiyimiz kadrları araşdırıb günahkar şəxsləri tapılıb cəzalandırılmasına göstəriş verəcəkdir.
Səsləndirilən faktlarla bağlı maraqlı tərəflərin də mövqelərin işıqlandıra bilərik.
Meşə talanının özündə əks etdirən videifaktı təqdim edirik:
Dünyanınsəsi.Az