Sumqayıtda MƏDƏNİ TƏNƏZZÜL - İLGİNC İDDİALAR...

17-03-2023, 09:01           
Sumqayıtda MƏDƏNİ TƏNƏZZÜL - İLGİNC İDDİALAR...
"Yazıb sizə bildirirəm ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən işdən çıxarılacağından ciddi şəkildə təşvişə düşüb. Məhz buna görədə Rəşad Əliyev müavini İlham Əhmədovla birlikdə internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi ilə bağlı olan bir çox neqativ məlumatları sildirməklə məşğuldur". Bu barədə DİA.AZ-a ünvanlanan müraciətdə deyilir.

Müraciət müəllifi daha sonra yazır: "Hörmətli, dia.az, bu hələ harasıdr? Rəşad Əliyev Mədəniyyət Nazirliyindəki havadarları sayəsində Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət fikir formalaşdırmaq və bununlada nazir əvəzi Adil Kərimlinin hədəfindən yayınmaq istəyir. Bunun üçün Rəşad Əliyev və müavini internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət xəbərlərin dərc olunmasına start verib. Hətta idarə rəisi işçilərinə tapşırıq verərək, fesbok və instaqram sosial şəbəkələrində Sumqayıt Regional Mədəniyyət İdarəsinin xəbərlərini davamlı paylaşılmasını və bütün işçilərin həmin xəbərləri yaxşı mənada bəyənmələri göstərişini verib.

Bildirim ki, 2022-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrində Ağstafa, İsmayıllı, Şəki, Bərdə, Masallı, Ağdaş, Sumqayıt, Gəncə və Lənkəran Regional Mədəniyyət İdarələrində nöqsanlar aşkar edilmiş və tədbirlər görüşlmüşdür. Mədəniyyət nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində hüquq mühafizə orqanlarına göndərilən 11 müraciət və regional idarələrə edilmiş xəbərdarlıqlar “Şiddətli töhmət” siyahısında Sumqayıt Regional Mədəniyyət İdarəsinin adı çıxarıld. Bunun səbəbi isə Rəşad Əliyevin keçmiş nazir Anar Kərimovun komandasındakı himayədarlarının kömək etməsi olub. Məhz sabiq nazirin komandasında olan «himayədarın» köməkliyi ilə Sumqayıt Regional Mədəniyyət İdarəsində aşkarlanan nöqsanlar və bununla bağlı görülmüş tədbirlər gizlədildi, ictimaiətə açıqlanmadı. Ancaq digər Regional idarələrində aşkarlanmış nöqsanlarla bağlı nazirlik hüquq mühavizə orqanlarına müraciət etdi. Qeyd edirəm ki, hazırda Rəşad Əliyevin Mədəniyyət Nazirliyindəki himayədarlarının bir hissəsi hələdə vəzifə başında qalmaqdadırlar. Və bu himayədarlara ümid edən Rəşad Əliyev vəzifəsini qorumaq daha doğrusu nazirlikdə vəzifə sahibinə çevrilmək istəyir. Qeyd edirəm ki, Hesablama Palatası tərəfindən 2023-cü ilin fevral ayında Sumqayıt Regional Mədəniyyət İdarəsində aparılan yoxlama nəticəsində ciddi şəkildə nöqsanlar aşkarlanmış. Məhz Palatanın açıqlayacağı nöqsanlardan sonra vəzifəsini itirmək təhlükəsini görən Rəşad Əliyev himayədarlarının köməkliyi ilə iş yerini dəyişmək istəyir. Ancaq nazir əvəzi Adil Kərimlinin regional idarələrində apardığı islahatların Sumqayıt Regional Mədəniyyət İdarəsinəədə çatacağı gün yaxınlardarı. Və Rəşad Əliyev bunu bildiyi üçün ciddi şəkildə təşvişə düşüb".

İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.