"İsrailin uzun qolu bizi təhdid etdiyiniz hər yerdə sizə çatacaq”." - İsrail Müdafiə Nazirliyindən İrana SƏRT MESAJ

11-07-2025, 12:14           
"İsrailin uzun qolu bizi təhdid etdiyiniz hər yerdə sizə çatacaq”." -
İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İran ərazisinə zərbələri yenidən həyata keçirməyə tam hazır olduğunu bəyan edib.

TEREF xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nazir İsrail Hərbi Hava Qüvvələrinin pilotlar məktəbinin məzunları qarşısında çıxış edərkən bildirib ki, İranın ali rəhbəri Əli Xamneyiyə birbaşa mesaj ünvanlayıb:

“Bu məzuniyyət mərasimi diktator Xamneyiyə birbaşa xəbərdarlıqdır. İsrailin uzun qolu Tehranda, Təbrizdə, İsfahanda və bizi təhdid etdiyiniz hər yerdə sizə çatacaq”.

Katz qeyd edib ki, Təl-Əviv İranın təhdidlərinə qarşı passiv qalmayacaq və zəruri hallarda hücumlar əvvəlkindən də güclü şəkildə həyata keçiriləcək:

“Əgər biz İrana zərbə endirmək qərarı versək, bu, əvvəlkindən daha dağıdıcı olacaq”./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru