Fariz Məmmədov kəmərini Tale Heydərova verdi

11-06-2016, 09:36           
Fariz Məmmədov kəmərini Tale Heydərova verdi
Bu gün "Qəbələ" klubunun prezidenti Tale Heydərov peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədovla görüşüb.
teref.az qol.az-a istinadən bildirir ki, bu barədə Fariz Məmmədov öz İnstagram səhifəsində yazıb.

Fariz Məmmədov görüş zamanı dünya çempionu kəmərini Tale Heydərova hədiyyə edib. F.Məmmədov qol.az-ın müxbiri ilə söhbətində görüşlə bağlı təəssüratlarını bölüşüb: "Son illər əldə etdiyim bütün uğurlara görə başda Tale Heydərov olmaqla "Qəbələ" İdman Klubuna borcluyam. Azərbaycanın peşəkar boksda ilk dünya çempionu olmağımda onların rolu böyükdür. Ona görə də Tale Heydərovdan xahiş etdim ki, kəmərimi qəbul etsin. Əvvəl qəbul etmək istəmədi. Ancaq israrla xahiş etdikdən sonra kəməri qəbul edib, otağının ən gözəl yerlərindən birinə qoydu".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru