Masallıdan olan iş adamı Qalib Məmmədovun 100 milyonluq mülklərinin mənbəyi nədir..? - Qalib Məmmədov Ağəddin Əliyevi Türkiyəyə necə yola saldı və ona saxta sənədi kim düzəltdi..?

10-04-2023, 08:44           
Masallıdan olan iş adamı Qalib Məmmədovun 100 milyonluq mülklərinin mənbəyi nədir..? -
Sözün düzü, Masallıdan olan iş adamı, xeyriyyəçi Qalib Nurulla oğlu Məmmədovun ömür yoluna nəzər salanda mat və məəttəl qaldıq. Biz kiminsə uğuruna, var-dövlətinə həsəd aparmaq dərəcədə kiçik adamlar deyilik. Amma bu dünyada bir əlahəzrət məntiq deyilən nəsnə var. Sözün kəsəsi, bu adam uşaq vaxtı yaxşı gimnastika ilə məşğul olub, akrobatlıq edirmiş. Bax, bu AKROBAT sözünü yadınızda saxlayın...
Beləliklə, 1978-ci ildə Ərkivan kənd orta məktəbini bitirən Qalib Məmmədov Politexnik İnstitutunun "Avtomobil yollarının istismarı və təşkili" fakultəsinə qəbul olur. İnstitutu bitirəndən sonra o işləmək üçün Naxçıvan şəhərinə təyinat alır.
Bir müddət sonra Avtomobil Nəqliyyat Kontorunun 4 saylı istismar sahəsində çalışır. Çox keçmir ki, Q.Məmmədov Avtomobil Nəqliyyat Kontorunun rəisi vəzifəsinə təyinat alır. Q.Məmmədov bu vəzifəni bir müddət icra edəndən sonra Avtomobil Nəqliyyatı Nazirliyinin Yol Fondunun sədri vəzifəsinə təyin olunur (Avtomobil Nəqliyyatı Nazirliyi sonradan “Azəravtoyol” Dövlət Şirkətinə çevrildi). Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət işindən uzaqlaşır və öz şəxsi biznesini qurur. Azərbaycan müstəqillik əldə edənə qədər Qalib Məmmədov yol tikintisindən xeyli pul qazana bilərdi. Amma yenə əlahəzrət məntiq deyir ki, ortada NƏSƏ var...
Biz oxucunu yormadan Qalib Məmmədovun biznesinin kiçik siyahısını dərc edirik: O, "Performance Center" şirkətinin prezidentidir. "Performance Center" şirkəti – 1997-ci ildən "General Motors" korporasiyasının "Chevrolet" və "Cadillac" brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Həmin ildən başlayaraq şirkət "General Motors" korporasiyasının Şimali Amerika, 2004-cü ildən Rusiya, 2005-ci ildən isə Koreya istehsalı olan "Chevrolet" avtomobillərinin Respublikamızda rəsmi dilleridir. Hazırda “Performance Center” şirkətinin avtomobillərin satışı və texniki xidməti üzrə üç diler mərkəzi fəaliyyət göstərir ki, onlardan ikisi – "Performance Center" və Babək – Bakı şəhərində, digəri isə – "İdeal Motors" Gəncə şəhərində müştərilərin xidmətindədir.
Qalib Məmmədov paytaxtda Bakıda “Halal” MTK, "General” MTK, "Yüksəl” MTK, "ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə "Melissa Park”, "Melissa Residence", "Melissa Azadlıq” layihələrini icra edən "Melissa Group” şirkətlərinin sahibidir. “Collezione Italia” şirkəti də Qalib Məmmədova məxsusdur.
Şirkət 10 ildən artıqdır ki, ev üçün elit ləvazimatlar seqmentində lider yerləri tutur. Collezione İtalianın tarixi Avropanın hamam mebelləri üzrə aparıcı brendləri sərgilənən – "Elit NeoClass" mağazasından başlanır. Bugün də "NeoClass" öz fəaliyyətini hamı tərəfindən sevilən və yeni kolleksiyaları ilə "Collezione İtalia" salonunda davam etdirir. Qalib Məmmədovun çox sahəli biznes sahəsinə Paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, Elektrik və elektronik məhsulların satışı, Çörək zavodları daxildir. Qalib Məmmədovun doğma Ərkivan qəsəbəsində də biznes sahələri var. Bunlara “ARK” Yanacaq Doldurma Məntəqəsini, Avtoservisi, Elektrik və elektronik məhsulları satışı mağazasını, Çörək zavodunu, Şiriniyyat sexini misal göstərmək olar.
İndi gördünüzmü, çörək sexləri, gözəllik salonları, tikinti şirkətləri, elektronika, dünyanın ən bahalı avtomobillərinin idxalı və daha nələr, hələ üstəlik futbol komandası…
Bax, yazının girişində əbəs yerə qeyd etmədik ki, bu boyda biznes nə iqtisadi qanunlara, nə də əlahəzrət məntiqə uyğun gəlmir..? Bəs səbəb nədir..?
Həə, yuxarıda bu adamın gimnastika, akrobatika ilə məşğul olmasını boş yerə demədik.
Deməli, Qalib Məmmədov akrobatlıq edərək, həmkəndilisi Ağəddin Əliyevi Türkiyəyə aparıb, onun soyadını dəyişib, onu Türkiyə vətəndaşı edib və o uzun illər gizli yaşayıb. Niyə..? Bu faktı biz demirik, bu faktı bütün mətbuat yazır.
Həə, indi gələk mətləb üstünə. Belə ki, mətbuatın yazdığına görə, hadisə 1997-1998-ci illərdə baş verib. Hələ həmin dönəmlərdə banklar, hətta dövlət özü belə hansısa iş adamına və ya şəxsə külli miqdarda kreditlər vermirdi. Birincisi, o zamanlar yerli bankların o qədər də güclü maliyyə imkanları yox idi. Olanlar belə tutarlı zəmanət olmadan böyük məbləğli kreditlərin verilməsinə qol qoymurdu. Amma o zaman Azərbaycanda kifayət qədər unikal olay yaşanır. Belə ki, Qalib Məmmədovun dəstəyi ilə Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini Əliyev Ağəddin Xalıq oğlu dövlətdən iş görmək adı ilə külli miqdarda pul alır.
Lakin qısa müddətdə bu şəxs Azərbaycandan qaçır. Sonradan məlum olur ki, Ağəddin Əliyev Türkiyədə yaşayır. Lakin öz adıyla yox, başqa bir kimliklə. Hətta Türkiyə vətəndaşı olub. Külli miqdarda pullar isə Ağəddin Əliyevlə Qalib Məmmədov arasında bölüşdürülüb və Qalib Məmmədov həmyerlisini Türkiyəyə yola salıb. Və dövlətin külli miqdarda pulu batıb. 1997-98-ci illərə o pullarla böyük biznes qurmaq olardı.
İndi bildinizmi, yuxarıda dərc etdiyimiz yüz milyonluq əmlakın altında hansı pullar durur..? Bəs görəsən, bu boyda cinayət əməllərini dövlət qurumları niyə araşdırmayıb..? Bu başqa yazının mövzusudur. Ardı var... gundəlik baki.com/













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.