Rövnəq Abdullayevin oğlu İbrahimovların “Quzu”sunu aldı-İDDİA

12-06-2016, 16:20           

Bir müddət əvvəl İstanbulda yol polisləri tərəfindən saxlanılan və qalmaqal çıxaran SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevlə bağlı maraqlı məlumat əldə etmişik

teref.az xəbər verir ki, 24saat.org-a daxil olan məlumata görə, Türkiyədə biznes imperiyası quran Rəşad Abdullayev Azərbaycanda məmur-oliqarxlardan birinə məxsus restoranı satın alıb.
Məlumatda deyilir ki, həmin məmur Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. "Quzu” adlanan restoranı Nazim İbrahimovun kiçik qardaşı Sahib İbrahimov idarə edirmiş. Lakin son vaxtlar İbrahimovların uğursuzluq zolağına düşməsi onları restoranı Rəşad Abdullayevə dövr etməyə məcbur edib.
Bildirilir ki, Rəşad Abdullayev Türkiyədə biznesləri olan digər məmurların da obyektlərinə göz dikib. Lakin hələ ki, İbrahimovlardan başqa heç kim obyektini ona satmayıb.

P.S. Yazıda adı hallanan hər kəsin mövqeyini verməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.