Qazaxın gözdən düşmüş müavini

13-06-2016, 09:43           
Qazaxın gözdən düşmüş müavini

Prezident İlham Əliyevin verdiyi sərəncam və tapşırıqlarına elə bir nömrəli əməl etməyənlər bir sıra icra hakimiyyətləridir. Son zamanlar icra aparatlarına heç bir təcrübəsi, bacarığı və qabiliyyəti olmayan kadrların yığılması sadə camaata baha başa gəlir. Bir haldakı kadrın özünün savad dərəcəsi yoxdursa, o nə bilir ki, sərəncam nədi, fərman nədi, tapşırıq nədi? Adi vətəndaş haqlı tələbi üçün prezident aparatına 100 şikayət ərizəsi yazsa da, yenə eyni cavab alır. Nəticədə, vətandaşda prezidentə qarşı böyük etimadsızlıq yaranır. Halbiu ki, prezidentə çatmayan məktubu yerli icra orqanları özünə xeyirli şəkildə cavablandırır.
Bir məsələ də maraqlıdır. Əslində maraqlı da deyil. Çünki hamı blilir ki, bu rüşvətlə başa gələn işdir. Dövlət qulluğuna qəbul ediləın işçilərin imtahan məsələsi. Yəni, hamı bilir ki, bu kadr adını zorla yazır. Bəs necə olur ki, dövlət qulluğuna keçmək üçün imtahandan yaxşı çıxır? Nə isə, bu bəladan ölkəmiz qurtarsa necə deyərlər, çox yaşayacaq!
Qazax rayonunda ən aktual məsələrdən biri də icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Həsənova Gülayə Ziyad qızının fəaliyyətsizliyidir. Hələ xanımın 10 ildən artıqdı ki, iş fəaliyyətində bir kimsə rayonda deyə bilməz ki, mənim işimə yarayıb. Lakin işi-güçü özünə işləmək olub. Mədəniyyətə, təhsilı və səhiiyyəyə nəzarət edən Gülayə Həsənova həmin sahələri demək olar ki, öz şəxsi mənafeyi naminə çökdürüb. Hərəkəti, danışığı və Dövlətə xidmətdə həmişə zəif görünən müvin xanım xüsusi şəkildə özünə xeyili iş görməkdə çox qabiliyyətlidir.
Bu günlərdə onun haqqında daha bir ilginc məlumat da daxil olub. Sən demə, daxil olan məlumata görə Qazax şəhərində fəaliyyət göstərən 6 uşaq bağçalarının hamısına Gülayə Həsənova aylıq haqq qoyubmuş. Hər ay duru yerindən xanıma bağça müdirləri 100 manat verirmiş. Bağçalar Qazax RİH başçısının şəhər inzibati dairəsi üzrə nümayəndəliyinə tabe olsa da, icra nümayəndəsi bağçaların bir kadrına da nəzarət etmək səlahiyyəti yox imiş. Analıq məzuniyyətinə gedən, məzuniyyətə çıxan, işə götürülmə, işdən çıxarılma və sairəyə Gülayə Həsənova şəxsən nəzarət edirmiş, hələ ki edir də...
Bunların hamısı Gülayə Həsənovanın əli ilə olurmuş. Verilən məlumata görə, əgər bir işçi 11 aylıq analıq məzuniyyətinə gedirmişsə, onun yerinə müvəqqəti işə götürüləndən Gülayə Həsənovaya 1000 manat pul çatırmış. Eyni zamanda, məzunuiiyət yeri, işə götürülənıin də ayrı haqq hesabı varmış. Onun nəticəsidir ki, Qazaxdakı bağçalarda tam intizamsızlıq, anti-sanitariya, orada işləyənlərin ixtisas uyğunsuzluğu hökm sürür. Həttra, elə bağça var ki, işçinin adı orada ola-ola özü xaricdədir. Çünki Gülayə Həsənovaya aylıq haqq verildiyindən hərə öz kefindədir. Gələcəyimiz olan uşaqların özləri rüşvətlə böyüyürsə, onda hansı irəliləyişdən danışmaq olar? Dediklərimizin hamısı heç də keçmiş zamana aid deyil. Bu məsələlər Qzaxa yeni təyin olunan icra başçısından qabaq olan işdir. Ola bilsin ki, Gülayə Həsənova yerində qalıb işləsə, vəziyyət bundan da acınacaqlı olacaq. Rayon əhalisi onu da bilmir...
Biz dəfələrlə bu barədə yuxarı dairələrə və Qazax icra hakimiyyətinə rəsmi müraciət ettmişdik ki, Gülayə Həsənovanın 35 AA 005 Dövlət nömrə nişanlı xidməti avtomobilinin sürücüsü ola-ola, maşını qanunsuz formada həyat yoldaşı idarə edir. İnanın ki, dəfələrlə rəsmi və mətbuatda çıxışımıza baxmayaraq, heç buna reaksiya verən olmamışdı. Yəni, müavinin özü özbaşınalıqla məşğuldursa, haqlı şikayətlərə necə baxa bilər? Bu məsləyə də prezident aparatından müvəssəl cavab alınmırsa, onda neynəlilməlidir?
Gülayə Həsənovanın nəzarətində olan bütün sahələr bu kökdədir. Lakin xanımım yeni icra başçısı ilə hələ ki işləməsi artıq daxili səs-küyə səbəb olub.
Yeri gəlmişkən, bu il Qazax rayon İH-nin binasında Resbublika günü ilə bağlı keçirilən tədbirdə Gülayə Həsənovanın çıxışında “XI Qızıl Ordu”nu “IX Qızıl Ordu” kimi səsləndirməsi tədbir iştirakçıkarının narazılığına səbəb olmuş, nəticədə Bakı Dövlət Universitetinin Qazax Filialının direktor əvəzi Afaq Qasımova Gülayə Həsənovanın səhvini düzəltmişdir. Baxın ki, başçının müavini heç də yerindəı olmayan, təsadüfi kadrdır. Ziyalı, elm və təhsil beşiyi kimi hesab edilıən Qazax rayonunda belə bir kadrın yüksək pillə tutması nə dərəcədə məqsədə müvafiqdir? Bu kadrın güc- bəla ilə Dövlətə xidməti, özünə isə yüksək tərzdə çalışması Qazaxın gələcəyinə nə verəcək?
Qarşı tərəfin də fikrini dinləməyə hazırıq.

İlham Hacalı.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.