Heydər Əsədovun “şəffaf” seçimi ifşa olundu – Siyahıda böyük bazarların adı niyə olmayıb?

14-06-2016, 01:00           

Kənd Təsərrüfatı naziri Heydər Əsədovdan şok qərar gözlənilir. Belə ki, Bizimxeber.az-a daxil olan məlumata görə, nazir Bakı şəhər Baytarlıq İdarəsini ləğv etmək istəyir. Dəfələrlə belə bir qurumun lazımsız olduğunu deyən nazir bu qurumun səlahiyyətlərini nazirlik tərkibindəki başqa qurumlar arasında bölüşdürmək istəyir. İllərdir bu sahədə çalışan şəxslər isə bildirir ki, belə bir qərarın verilməsi olduqca təhlüklədir.
Odur ki, bütün diqqəti bu qurumun işinə yönəldən nazir problemlərin çoxlugunu qabardıb bu qurumun başqa bir qurum adı altında birləşdirilməsini gündəmə gətirir.
Ümumiyyətlə, Heydər Əsədov özünü şəffaf, korrupsiyaya son quymaq niyyətində olan bir nazir kimi göstərməyə çalışır. Guya ki, nazirlikdə ciddi islahatlar aparılır, yeni və daha fəal qurumlar yaradır, ciddi nəticə əldə etmək istəyir. Hansı ki, bünlar hamsı gözdən pərdə asmağa hesablanıb.
İki gün əvvəl Heydər Əsədovun iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyində “Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrə dair” geniş tərkibdə iclas keçirilib. İclasda xanım baytar həkimlərə qarşı kobud rəftarı ilə diqqət çəkən H.Əsədov bir neçə xanımı işdən qovub.
Gərginlik şəraitində keçən iclasda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanovun da fəqaliyyəti tənqid olunub. Nazir A.Süleymanova qışqıraraq problemlərin dərhal həll olunmasını tapşırıb. Sonra baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müdirlərinin güya şəffaf seçimi başlayıb. Nazir Heydər Əsədov bununla şəffaf olduğunu göstərmək istəyib. Amma daha ciddi məqamlara fikir verməyi unudub.
Belə ki, Bakının daha böyük bazarlarının nömrəsi qutuda olmayıb və bu bazraların baş həkimi dəyişdirilməyib. Məsələn, Bakının ən məşhur “8 kilometr bazarı”, 3-cü mikrorayon bazarına baş həkim seçimi edilməyib. Bundan başqa məmurlara məxsus böyük kəsim sexlərindəki baş həkimlər yerində saxlanılıb. Elə isə, nə oldu bu şəffaflıq?
Məlumat üçün bildirək ki, ölkənin korrupsiyalaşmış qurumları arasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin özünəməxsus yeri var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.