Azad Rəhimov görəvindən alınır - “Formula-1” bitəndən sonra...

13-06-2016, 19:04           

Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisi məqsədilə nəzərdə tutulan yollarda təmir işləri üçün 12 milyon manat məbləğində vəsaitin ayrılması təsdiqlənib. Bu barədə bir müddət əvvəl gənclər və idman naziri Azad Rəhimov Qran Priyə həsr olunmuş mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, bu günədək "Formula-1" üçün Əməliyyat Şirkəti tərəfindən 5 milyon manatadək vəsait xərclənib. Nazir bildirib ki, təxminən 30 min bilet satışa çıxarılıb, qiymətlər isə 19 manatdan başlayır. Nazir bildirib ki, gələn il hər şey hazır vəziyyətdə olacaq, asfalt qatı dəyişdirilməyəcək. Bu isə onu Azərbaycanın "Formula 1"dən gəlir götürəcəyinə ümidləndirir. Amma təbii ki, bu sadəcə ümiddi. Çünki nazir özü də fikirlərini qətiyyətlə bildirmir və bu yarışların ölkəmizə xeyir verəcəyinə sadəcə ümid edir. Qeyd edək ki, Azərbaycanın "Formula-1" üçün nə qədər pul xərclədiyi hələlik açıqlanmayıb. Bir müddət əvvəl yarış üçün 150 milyon dollar xərclənəcəyi ilə bağlı xəbərlər yayılmışdı. 6 kilometrlik yollar üçün 12, Pitstop binası üçün 30 milyon dollar xərclənəcəyi bildirilmişdi. BBC isə yazır ki, Azərbaycan təşkilatçılıq hüququna görə bu il beynəlxalq təşkilata 34 milyon dollar ödəyəcək. Ölkəmizlə "Formula-1" arasında imzalanan müqavilənin müddəti 10 illikdi. İlk ildə 34 milyon dollar ödənəcəksə, bu məbləğ növbəti illərdə hər il təxminən 10 faiz qalxacaq. BBC-nin iddialarına görə, Bakıdakı yarışın hər ili təxminən 80-90 milyon dollara başa gələcək. Yolların hazırlanmasına 12, Pitstop binasına 34, tədbirlərin, seminarların keçirilməsinə 5 milyon, əməliyyat xərclərinə, əmək haqlarının və digər xərclərin ödənilməsinə daha neçə milyonlar. «Formula-1” yarışlarından imtina etmək Azərbaycanın cərimə ödəməsinə səbəb ola bilər. Yalnız 12 milyon yol xərcini çıxmaqla, yerdə qalan xərcləri müxtəlif korporosiyalar, ayrı-ayrı kampaniyalar öz reklamlarını həyata keçirmək üçün üzərlərinə götürüblər. Yəni bütün vəsaitlər Azərbaycanın üzərində deyil”. Bu fikirləri isə millət vəkili Zahid Oruc Azərbaycanda "Formula-1" yarışlarının 5 il məcburi keçirilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, “Formula-1” yarışlarına maraq artırmaq üçün müxtəlif layihələr həyata keçirilməlidir: “Faktiki olaraq elan olunmuş 10 il ərzində guya 324 milyon dollar xərclənəcəyi ilə bağlı yayılan məlumatların yalan olduğu rəsmi səviyyədə elan edildi. Hazırda dövlət tərəfindən iqtisadi maliyyə sektorunda sabitləşmə tədbiri həyata keçirilir. Bunun paralelində “Formula-1” üzərindən hansı önəmli addımları ata bilərik? Özəl kampaniyalar burada necə rol oynaya bilər? Azərbaycanın buradan gerçək qazancı nə formada həyata keçirilə bilər? “Formula-1”-ə olan maraq cəmiyyətdə futbola olan maraq qədər deyil. Ona görə də bu yarışların keçirilməsinin faydasını necə formalaşdırmaq olar? Bunun üçün layihələr tərtib etmək lazımdır. Vəsaitlər qeyd olunan qədərdisə, orada özəl qurumlar iştirak edərsə, bunu xüsusi bir ajiotaja çevirmədən də gerçəkləşdirmək lazımdır». Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov mətbuata açıqlamasında bildirib ki, müqavilə 10 illik bağlanıb: “Müqaviləyə əsasən, Azərbaycanda "Formula-1" yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik”. A.Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər. Ancaq ilk 5 ildə keçirilməlidir: “Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq". Bütün deyilənlərdən belə qənaətə gələ bilərik ki, qeyd olunan yarış Azərbaycanın dövlət büdcəsinə bu il heç bir xeyir gətirməyəcək. Növbəti illər üçünsə qabaqcadan bir söz demək çətindir. Mötəbər qaynaqlardan aldığımız məlumatlara görə isə nazir Azad Rəhimov «Formula-1» yarışları başa çatandan sonra istefaya göndərilə bilər. Bunun bəzi səbəblərlə bağlı olduğu bildirilir. Deyilənə görə, yarışların keçirilməsi üçün ayrılan milyonların bir hissəsi təyinatı üzrə xərclənməyib və bu barədə yuxarılara dəqiq faktlar təqdim olunub. Məhz bu səbəbdən nazirə qarşı mənfi fikir formalaşıb. Yəni bu o deməkdir ki, bu ayın sonuna kimi gənclər və idman naziri tutduğu vəzifəsindən xaric edilə bilər. Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.