“Rusiya və Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq strateji xarakter daşıyır” - Sergey Şoyqu

15-06-2016, 11:59           
“Rusiya və Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq strateji xarakter daşıyır” - Sergey Şoyqu
Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını söyləyib.

Azərbaycanlı həmkarı ilə görüşdən şad olduğunu söyləyən S. Şoyqu bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir.

Z. Həsənov da Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək dəyərləndirib.

O, Rusiya müdafiə nazirini Azərbaycana səfərə dəvət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru