Saleh Məmmədov ali savadı olmayan şəxsi vəzifəyə təyin edib
16-06-2016, 09:56
“Azəravtoyol” ASC-nin yaşıllaşdırma departamentinin rəhbəri Hüsnü Quliyev barədə redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, Hüsnü Quliyev bu vəzifəyə təyin olunana qədər “Gənclik”də çayxana işlədib. Həmin çayxana prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qardaşına məxsusdur.
Hüsnü Quliyevin ali savadının olmadığı iddia edilir. Bildirilir ki, o, vəzifəyə təyin olunandan sonra adı ali məktəblərdən birinə yazılıb. Hazırda Hüsnü Quliyev universitetlərin birində qiyabi “təhsil alır”.
Qeyd edək ki, Hüsnü Quliyev bu vəzifəyə Saleh Məmmədov “Azəravtoyol” ASC-nin sədri təyin olunandan yüksəlib. Bəzi məlumatlara görə, Saleh Məmmədov Bəylər Əyyubovun kadrıdır. Onun “Azəravtoyol” ASC-nin rəhbərliyinə gətirilməsi, bu qurumun Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq müstəqil olmasında da Bəylər Əyyubovun xüsusi rolunun olduğu bildirilir.azadliq.info