Eldar Mahmudov Mədət Quliyevi DİNLƏYİB
16-06-2016, 10:30
Son günlər ölkə mediasında sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ölkənin tanınmış simaları ilə bağlı 2800 video görüntülərə sahib olduğu ilə bağlı xəbərlər yer almaqdadır.
teref.az vətəninfo.az-a istinadən xəbər verir ki,ölkənin Milli Təhlükəsizlik sistemini şantaj və qaralama mərkəzinə çevirmiş sabir nazirin əlində təkcə video görüntülər deyil,eyni zamanda audio səs yazıları belə vardır.
Bu səs yazıları məmurların iş otaqlarına müxtəlif yollarla qoyulan "JUÇOK”lar vasitəsi ilə qeydə alındığı iddia edilir. Dinlənilənlər içərisində ölkənin baş naziri Artur Rasizadədən tutmuş, sabiq Müdafiə naziri Səfər Əbiyevin,eyni zamanda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəisi olmuş Mədət Quliyevin, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun da olduğu iddia edilməkdədir.
Məlumatlara görə, Eldar Mahmudovun dəstəsi eyni zamanda ölkənin müxtəlif ali dövlət və özəl təhsil ocaqlarının rektorlarını belə bu "JUÇOK”lar vasitəsi ilə dinləyə bilib.
Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması və bandasının zərərsizləşdirilməsindən sonra təkcə paytaxta deyil,eyni zamanda əyalətlərdə icra hakimiyyətləri başçıları belə iş otaqlarında diinləmə cihazlarının olub-olmadığını xüsusi aparatlarla axtarmağa başalyıblar və bəzi rayon icra hakimiyyəti başçılarının otaqlarından belə "JUÇOK”lar üzə çıxıb.