Kərəm Həsənovun idarəsində saxtakarlıq - İTTİHAM

16-06-2016, 14:09           
Kərəm Həsənovun idarəsində saxtakarlıq - İTTİHAM
teref.aznun elektron poçtuna gələn şikayət məktubunu sizə təqdim edirik:
Hacı, Kərbalayı İbrahimov Məhəməd Əli oğlu tərəfindən

ŞİKAYƏT
Korrupsiyaya qurşanmış bir qrup vəzifəli şəxs rüşvət alıb vətandaşların pay torpaqlarını əlindən alırlar.Bu ağır cinayət əməlləridir.Buna görə mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirəm 16 saylı Dövlət Reyestr Xidmətinin bir qrup əməkdaşı rüşvət alıb məhkəmələrə saxta rəylər veribrlər ki,nəticədə də camaatın halal və qanunu torpaqları əlindən alınır.Göyçay rayonunun Cəyirli kəndində həyat yoldaşım İbrahimova Tahirə Əli qızına məxsus 70 ha torpaq sahəsinin qanunu qaydada bizə məxsus olmasına dair sənədlər var.Həttda həmin torpaq sahəsin üzərində olan məhkəmə mübahisəsi Ali Məhkəməyə kimi gedib çıxmış nəticə bizim xeyrimizə həll edilmişdir.İndi isə bir nəfər imkanlı şəxs iddia qaldırıb ki, ona məxsus torpaq sahəsi Cəyirli kənd sakini Feyzullayevlər ailəsi tərəfindən zəbt edilib.Göyçay rayon məhkəməsinin qərarı əsasında torpaq üzərində ekspertiza keçirən 16 saylı Dövlət Reyestr xidməti rüşvət alıb saxta rəy yazıb ki, guya Feyzullayevlər ailəsi iddiaçı Fərhad Səfərəliyevə məxsus torpağı zəbt ediblər.Onlara məxsus 68 ha torpaq sahəsi guya mənim həyat yoldaşıma məxsus torpaq sahəsinin üzərinə düşür.Bu qatı bir cinayətdir ki, 16 saylı Dövlət Reyestr xidmətinin sabiq rəisi Ədalət Cabbarov və Şahəddin Tacəddinov adlı əməkdaşı rüşvət hesabına törədiblər.Sual olunur Ali Məhkəməyə kimi gedib çıxmış və bizim xeyrimizə həll edilmiş məhkəmə qərarlarında həmin 70 ha torpaq sahəsinin bizə məxsus olması və qonşuluqda yerləşən 68 ha torpaq sahəsinin Feyzullayevlərə məxsus olmasına da dair ortada məhkəmə qərarları olduğu halda əsassız iddanın icraata götürülməsi və buna dair reyestr xidmətinin təkrar saxta ekspertiza keçirməsi kimə və nəyə lazım idi ? Ən əsası bu açıq-aşkar cinayət əməllərini törədən 16 saylı Dövlət Reyestr xidmətinin başda rəisi olmaqla əməkdaşlarının indiyə qədər törətdikləri cinayətlərinin qarşısını kim alacaq ? Gözləyirlər ki, əclafların korrupsiya əməlləri nəticəsində vətəndaşlar bir-birilərini öldürsünlər ? Hara baxır Kərəm Həsənov ? Ona bu cinayətkar əməkdaşları barədə çoxlu şikayətlər olub , amma heç bir tədbir görmür. Gördüyü tədbir isə bu olub ki, 16 saylı Dövlət Reyestr xidmətinin rəisi cinayətkar Ədalət Cabbarovun yerini dəyişib.Bu nə deməkdir ? Bəyəm cinayətkarın cəzası budur ?
Ayıb olsun Kərəm Həsənova ona görə ki, mərhum prezidentimiz Heydər Əliyevin imzasına və məhkəmə qərarlarına hörmətsizlik edir.Bu pay torpaqları mərhum prezident Heydər Əliyevin imzası ilə camaata verilib.Həm də ortada Ali Məhkəmənin belə qərarı var ki, bu torpaqların sahibi mənim həyat yoldaşım və Feyzullaye vlər ailəsidir.Fərhad Səfərəliyev isə rüşvət gücünə 16 saylı Dövlət Reyestr xidmətində saxta rəy və Göyçay rayon məhkəməsində qətnamə çıxartdırır. Hazırda Göyçay rayon Məhkəməsinin 10 aprel 2016-cı il tarixli rüşvətlə çıxarılmış qətnaməsindən Feyzullayevlər ailəsinin verdikləri apellyasiya şikayətləri üzrə Şəki Apellyasiya məhkəməsində 22 iyunda məhkəmə baxışı keçiriləcək.İnanırıq ki, apellyasiya şikayətinə düzgün baxacaq təkrar keçiriləcək ekspertizada düzgün rəy veriləcəkdir. Mən bir mömin hacı, ağsaqqal kimi prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirəm kəndlilərin halal qanun torpaqlarına qənim kəsilmiş vəzifəli şəxslərin barəsində cidi tədbirlər görəsiniz.Cəanb Prezident Kərəm Həsənovun işinin öhdəsindən gələ bilmir bu adam cinayətkar Ədalət Cabbarovla. Şahəddin Tacəddinovun öhdəsindən gələ bilmir.Çünki onlar aldıqları rüşvəti ona ötürürlər.Xahiş edirəm tədbir görün.
Əlaqə telefonu; 055 720-36-24
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.