Qulam Ələkbərov kabusu: diaspor sədrinin qətli, ermənilərlə iş birliyi - Şok faktlar

17-06-2016, 15:12           
Qulam Ələkbərov kabusu: diaspor sədrinin qətli, ermənilərlə iş birliyi - Şok faktlar
Nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı kimi tanınan və ölkənin iri oliqarxlarından sayılan Qulam Ələkbərovla bağlı məlumatlar demək olar ki, son vaxtlar ölkə mediasının gündəmindən düşmür. Bütün bu məlumatlar isə təsadüfən ortaya çıxmayıb. Çünki Qulam Ələkbərovun adı kriminal aləmlə əlaqələrindən tutmuş, ermənilərlə iş birliyinə qədər qaranlıq işlərdə hallanır.

Ermənilərlə işbirliyi…

AzToday.az-ın apardığı araşdırmalar zamanı mıəlum oldu ki, mediad adı hallanan, Dneprepetrovskda tikinti və montaj işləri ilə məşğul olan K.A.S. LTD firmasının əsl sahibi Azərbaycan vətəndaşı Qulam Ələkbərovdur.
Dnepropetrovsk.glo.ua saytında göstərilir ki, firma Lenin rayonu, L.Şmidt küçəsi, 13-də yerləşir. Həmin firmaya hüquq xidmətini isə Kiyevdə, Lesi Ukrainki bulvarı, ev 34-də yerləşən “Tsentralnıe BTI” hüquq firması göstərir. Bu firmanın sahibi erməni Aleksandr Karapetyandır. Bu, Qulam Ələkbərovun Ukraynada erməni tərəfdaşları ilə bağlı ilk fakt deyil. Onunla bağlı daha ilginc məlumatlar yayılmaqdadır.

Məlumatlarda bildirilir ki, onun biznes-partnyoru “Omeqa İnvestkom” şirkətinin rəhbəri Eduard Bağdasaryandır. Bağdasaryan, həm də Dneprepetrovsk şəhər sovetinin deputatıdır. O, Dneprepetrovsk şəhər sovetində “erməni soyqırımı”nı tanıyan qətnaməyə dəstək verənlərdən biridir.

Bütün bunlarla yanaşı, onun Azərbaycanda da ciddi dayaqları var. Kriminal oliqarx demək olar ki, ölkənin əksər dövlət qurumlarında özünə yaxın şəxsləri yerləşdirə bilib və öz qohum-əqrəbasından ibarət zümrə həmrəyliyi yaradıb.

Qulam Ələkbərov kabusu: diaspor sədrinin qətli, ermənilərlə iş birliyi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.