Şirvanda 200 minlik borc qalmaqalı – TƏFSİLAT

17-06-2016, 15:15           
Şirvanda 200 minlik borc qalmaqalı – TƏFSİLAT
«New Store» marketinin sahibi Elşən Abbasov Hacı Səmədağadan aldığı pulu qaytarmaq istəmir Bildiyiniz kimi, son illər ölkəmizdə sahibkarlığın inkişafına dövlət qayğısı xeyli gücləndirilib. Ölkə rəhbərliyinin sahibkarların rahat işləyə bilməsi üçün yaratdığı şərait danılmazdır. Təəssüflər olsun ki, bəzi hallarda bir sıra iş adamları yaradılan şəraitdən sui-istifadə edirlər. Bunun nəticəsində haqlı narazılıq halları meydana gəlir. Gundelik-baku.com-a Şirvan şəhərində yaşanan pul qalmaqalı ilə bağlı maraqlı məlumatlar daxil olub.

Adının gizli qalmasını xahiş edən şəxsin bildirdiyinə görə, Şirvanın ən böyük ticarət mərkəzlərindən sayılan «New Store» marketinin sahibi Elşən Abbasov Hacı Səmədağaya 200 min pul atıb. Daha doğrusu, həmin pulu Hacı Səmədağa Elşən Abbasovun bacısı oğlu Hikmət adlı şəxsə borca verib: «Hacı Səmədağa pulu Elşən Abbasova görə Hikmətə verib. Amma üstündən xeyli müddət ötsə də, qarşı tərəf pulu qaytarmaq istəmir. Şirvan şəhərində əksəriyyəti Hacını iş adamlarına maliyyə yardımı edən biri kimi tanıyır. Yəni o sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən şəxslərə müəyyən müddətə borca pul verir. «New Store» marketin sahibi Elşən Abbasovun bacısı oğlu Hikmət isə etibardan sui-istifadə edərək aldığı pulu qaytarmaq istəmir.

Bu məsələ ilə bağlı bir neçə dəfə Hacı Səmədağa ilə marketin sahibi arasında söhbət olub. İş adamı isə ona bildirib ki, pulu vermirik, get hara istəyirsən şikayət elə. Ümumiyyətlə, market sahibində və onun yaxın qohumlarında başqasına pul atmaq sanki ənənə halını alıb. Sözügedən ticarət obyektinə mal gətirən firmaların rəsmiləri ciddi problemlə üz-üzə qalıblar. Elşən müəllim hətta firmalara olan borcunu da ödəmək istəmir. Əlbəttə ki, 200 min balaca məbləğ deyil.

Market sahibi həmin pulu qaytarmamağa çalışır». Məlumatlı şəxs onu da bildirdi ki, Elşən Abbasova məxsus «New Store» marketində vergi ilə bağlı ciddi problemlər mövcuddur. İddialara əsasən, marketin rüblük vergi hesabatları düzgün tərtib olunmur və qazancın böyük hissəsi gizlədilir. Bu isə o deməkdir ki, iş adamı sahibkarlığa yaradılan dövlət dəstəyindən sui-istifadə etməklə büdcəyə külli miqdarda ziyan vurur. Biz inanırıq ki, aidiyyəti dövlət qurumlarının rəsmiləri adıçəkilən marketdə mövcud olan neqativ halları tezliklə aradan qaldırıb, həmçinin 200 minlik qalmaqalın müsbət həllini tapmasına zəmin yaradacaqlar. Mövzu ilə bağlı qarşı tərəfləri də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.