Prezident İlham Əliyev Azərbaycan-Qətər hökumətlərarası komissiyasının tərkibini təsdiqləyib

17-06-2016, 20:03           
Prezident İlham Əliyev Azərbaycan-Qətər hökumətlərarası komissiyasının tərkibini təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, komissiyanın Azərbaycan tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:

Komissiyanın həmsədri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Komissiyanın üzvləri:

İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini
Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Tofiq Abdullayev - Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Xarici İşlər Nazirliyinə komissiyanın Azərbaycan tərəfindən tərkibi barədə Qətər tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru