Qazaxın icra başçısı araxasızları işdən kənarlaşdırır.
18-06-2016, 12:18
teref.az-nun poçtuna Qazax rayon icra başçısından şikayət daxil olub. Şikayətçi yazır:
Qazaxın tarixində çox icra başçıları gəlib-gedib. Hərəsi də bir cür iş fəaliyyəti ilə rayon ictimaiyyətinin xatirindədir. Özü də, sözü də kobud olan, bazlıqla məşğul olan, kabinetində içib yuxulayan və sairə. Hamı da həmin icra başçılarını ətarafının çirkli olması ilə suçulayıb. Atalardan gözəl bir misal da bizə yadigar qalıb: “Gəzdiyin yoldaşı mənə göstər, sənin xasiyyətini üzünə deym”. Bəli, bu gün Qazaxa Rəcəb Babaşov da öz dəsti-xətti ilə gəlib. Kimdən xoşu gəlmirsə elə kabinetindən bayıra çıxarır. Küçə və küçə, kəndbəkənd gəzərək hərəyə bir tapşırıq verir. Zaman-zaman yığılıb qalmış vətəndaşların ərizə və şikayətlərini nəzərdən keçirir. Hətta, vətəndaşların hər 5-ci günü qəbulu çox ağır şəraitdə keçirilir. Qəbul günləırində azı 120-130 şikayətçi dinlənilir. İndi burada bir məsələ adamı narahat etməyə bilmir. Beləki həmin şikayətləri düz 3 icra başçısı dəyişən müavinlər Fərman Nağdalıyev və Gülayə Həsənova yaradıb. Onlar vətəndaşların eyni mövzulu şikayətlərini bəlkə də, 100 dəfə dinləyiblər. Bəs niyə tədbir görməyiblər? İndi siz deyin, bunlarla işləməyə dəyərmi? Hər iki müavin də bir-biri ilə yaxın qohumdul. Elə buradaca “Korrupsiya haqqında qanun”un 7-ci maddəsinin üstündən qara xətt çəkilr. Həmişə bildirdiyimiz kimi, bu gün də təkidlə deyirik ki, qanunlarımızı sıravi vətəndaşlar deyil, məhz elə dövlət məmurlarının özü pozur. Fərman Nağdalıyevlə Gülayə Həsənova bir-biri ilə yaxın qohum olduğu halda, Qazax icra hakimiyyətində necə müavin işləyə bilirlər? Guya bundan Prezident aparatının xəbəri yoxdur?
İlk gələn gündən hər iki müavini elə də hesaba almayan Babaşov, necə deyərlər artıq yumaşalıb. O da söylənilir ki, onları işdən uzaqlaşdırmaq arzusu ilə yaşasa da yuxarıdan icazə verməyiblər. Rayon ictimaiyyəti onda Babaşovu yaxşı qəbul edəcək ki, Fərman Nağdalıyevi və Gülayə Həsənovanı tam işlərindən haqlı şəkildə kənarlaşdırsın. Çünki həmin şəxslər rayonda sosial partlayışın yaranmasına kimi şərait yaratmış, rüşvətxorluğu və korrupsiyanı bu millətə öyrətmişlər. İndi sən gəl yüz de ki, “mən necə deyəcəm, elə də işləyin”. Əminik ki, heç vaxt nə Gülayə Həsənovanın, nə də Fərman Nağdalıyevin əqidəsi dəyişən deyil!
Yeri gəlmişkən, 17 iyun səhiyyə günü münasibəti ilə Qazax Rayon Səhiyyə Şöbəsinin müdiri Arzu Novruzovun işdən çıxarılamsı haqqında ərizəsi alındı. Halbu ki, Qazaxda mərkəzi xəstəxana binası sökülüb və tikintisinə başlanmyıb. Bu vəziyytətdən də Prezident İlham Əliyevin və səhiyyə naziri Oqtay Şirəliyevin də xəbəri var. Pərakəndə bir xəstəxananı Arzu Novruzov çox bacarıqla öhdəsindən gəldiyi, Qazax səhiyyəsini öz təşkilatçılığı ilə işlətdiyi halda, səbəb nədir ki, belə bir kadr uzaqlaşdırılır? Görünür ki, Arzu Novruzovun da Fərman Nağdalıyev və Gülayə Həsənova kimi arxası yoxdur? Eləcə də rayonda işlərindən günahsız azad olan digər məmurlar..
Rəcəb Babaşov hazırda ətrafındakıların savad dərəcəsini bilmədən onları işlətməsi və gələcəkdə onlardan iş tələb etməsi yalnız absurddur.
Qazax ictimaiyyəıtinin üzü o zaman güləcək ki, arxasızları deyil, 15 ildən çoxdur ki, Qazaxı gözdən salmış icra başçısının müavinləri, yaxın qohumlar olan Fərman Nagdalıyev və Gülayə Həsənoivanın iş fəaliyyəti ciddi şəkildə yoxlanılaraq nöqsanları üzə çıxarılsın və tezliklə işlərindən kənarlaşdırılsınlar.
Hər iki məmurun Rəcəb Babaşova məlum olmayan (yəqin ki, iş verənlər onu başçıya çatdırmayıblar?) özbaşınalıqları haqqında yazı da hazırlanır.
Taleh Əsgər
Qarşı tərəfin fikirlərini dinləməyə və işıqlandırmağa hazırıq!
teref.az